Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanla Türkiyə arasında saziş imzalandı
Tarix: 26-04-2016 | Saat: 17:42
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Azərbaycanla Türkiyə arasında saziş imzalandı

Bu gün Səhiyyə naziri Oqtay Şirəliyev Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindənXəbəraz.az "a verilən xəbərə görə, nazir Oqtay Şirəliyev qeyd edib ki, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, səhiyyə, elm və təhsil, mədəni və beləliklə də bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, yüksək səviyyəli səfərlər həyata keçirilir.

O.Şirəliyev ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin, müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini xatırladıb. Qeyd olunub ki, ilk dəfə 1994-cü ildə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu imzalanıb. Protokola əsasən hər iki ölkənin tibb universitetləri, həkimləri, təkmilləşdirmə institutları, səhiyyə müəssisələri arasında əlaqələr qurulub və protokolun bütün müddəaları layiqincə yerinə yetirilib:

“Hazırda səhiyyənin elə bir sahəsi yoxdur ki, orada türkiyəli məsləkdaşlarla əməkdaşlıq olmasın. Mütəxəssis mübadiləsi, birgə elmi-təhqiqatlar, əczaçılıq, icbari tibbi sığorta, səhiyyənin maliyyələşməsi və bu kimi bir çox sahələrin tətbiqində Türkiyənin təcrübəsinə böyük önəm verilib. Nazir onu da vurğulayıb ki, bu gün tərəflər arasında imzalanacaq Sazişin gələcəkdə də daha fal əməkdaşlıqları davam etdirməyə vəsilə olacaq. Vurğulayıb ki, hazırda azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə yanaşı ölkədə “Sağlamlıq həftəsi” çərçivəsində birgə əməliyyatlar icra edirlər. Bu da bir daha dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir”.

Türkiyəli nazir Məhmət Müəzzinoğlu bildirib ki, Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu hazırda istər son dövrlərdə törədilmiş terror hadisələri sayəsində itkilər vermiş Türkiyə, istərsə də Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi və şəhidlər verdiyi bir ərəfədə Azərbaycan üçün çox önəmlidir: "Belə qarşılıqlı görüşlər ölkələrimiz arasındakı dostluq və qardaşlığın əbədi olacağının bariz nümunəsidir".

Daha sonra türkiyəli nazir ölkəsinin tibb elmi sahəsindəki təcrübəsindən, ailə və uzman həkimlərinin iş prinsipindən, Türkiyədə yaradılmış “Türk Sağlıq bilimləri” Universetitetinin bugünkü fəaliyyətindən danışıb.

Görüşün sonunda Səhiyyə naziri Oqtay Şirəliyev və Türkiyə səhiyyə naziri Məhmət Müəzzinoğlu səhiyyə və tibb elmi sahəsindəki əməkdaşlığa dair sazişi imzalayıblar.


Xəbəri paylaş

5018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___