Hər gün meyit gəlir: Bakı hücuma keçsə... – Erməni KİV
Tarix: 26-04-2016 | Saat: 14:54
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Vəziyyət mürəkkəbdir və sonun yaxın olduğu istisna deyil. Ermənistan dördgünlük müharibədən sonra reallığı anlamağa başladı. Qarabağ münaqişəsi hazırkı geosiyasi reallıqda həll edilməmiş qala bilməz.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Ermənistanın “Lragir.am” portalının analitik yazısında qeyd olunur. Azərbaycanın torpaqların qaytarılması üçün hücuma keçə biləcəyindən barahat olan müəllif qeyd edir ki, Dördgünlük müharibə zamanı İrəvan müttəfiqsiz qaldı və çətin vəziyyətə düşdü:
“Dünən Ermənistan XİN-in açıqlamasından bəlli oldu ki, rəsmi Bakı BMT Təhlükəsizlik Şurasına məktub göndərib və Ermənistanın əməl etməməsinə görə, 1994-cü ildə imzalanmış atəşkəsdən geri çəkilir (BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal altında saxladığı torpaqlardan dərhal və qeyd-şərtsiz çıxması barədə 4 qətnamə icra olunmadığından, Azərbaycanın bu qətnamələrin tələblərinin Ermənistana məcburi icrasını öz üzərinə götürmək istəməsi nəzərdə tutulur – red.). Demək olar ki, hər gün cəbhədən erməni əsgərlərin meyiti gəlir.
Rusiya son hadisələr zamanı nəyəsə qarant vermək iqtidarında olmadığını sübut etdi. Medvedyev Bakıda münaqişənin iki həlli olduğunu bildirdi. Onun sözlərinə görə, ya hər şey indiki kimi qalacaq, ya da müharibə olacaq. O, ağzından söz qaçırtdı ki, ikincinin tərəfdarıdır.
Sərkisyanın özü də yeni genişmiqyaslı hərbi əməliyyatları istisna etmədi. Əgər dünya gücləri rəsmi Bakını dayandırmaq istəməsələr və iki ölkəyə sərhədlərini müəyyən etməyə vaxt versələr, Azərbaycan işini görəcək. Görəsən, bu iş üçün beynəlxalq güclər Azərbaycana neçə gün verəcək?”
Xəbəri paylaş
1 1728 dəfə oxunub.
Digər xəbərlər

19-06-2017, 13:19
Putin Türkiyəyə yeni səfir təyin edib
27-04-2016, 23:08
"Başqa sözlər Rənaya "vız" gəlir" – PR menecer Elton
4-09-2021, 11:25
Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu
25-03-2016, 19:03
Brüsseldə terror əməliyyatı – YENİ PARTLAYIŞLAR
20-12-2015, 16:25
FHN-in nəfəs kəsən əməliyyatından görüntülər (VİDEO)
28-10-2020, 13:08
“Sona qədər Azərbaycanın yanındayıq” - Hulusi Akar
7-09-2020, 12:28
Bərdədə baş həkim və şöbə müdirinə cinayət işi açıldı
28-04-2018, 10:21
Bu gün Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümüdür
23-05-2015, 21:58
65 yaşlı qadın 4 əkiz uşaq dünyaya gətirdi
7-01-2017, 21:18
5 min manat təklif edilir, amma sahibi satmır - 134 yaşlı samovar