Cəbhədə şiddətli atışma başlayıb
Tarix: 26-04-2016 | Saat: 05:21
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ermənilərlə təmas xəttində şiddətli döyüşlər başlayıb.
"Xəbəraz.az " Musavat.com-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Azərbaycanın erməni işğalı altında olan bölgələrindən düşmən silahlıları mövqelərimizə və mülki əhalinin yaşadığı məntəqələrə atəş açır. Düşmənə layiqli cavab verilir. Tərtər-Ağdam istiqamətində hər iki tərəf ağır artilleriyadan istifadə etməklə, döyüş aparırlar.
Sosial şəbəkələrdə də bölgələrdə yaşayan tanınmış fəallar şiddətli atışmaların başlanması barədə statuslar yazırlar.
Döyüş saat 01 radələrində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması ilə başlayıb, hazırda da davam edir. Hərbi toqquşma və itkilərlə bağlı hələlik məlumat yoxdur.
Musavat.com qeyd edir ki, bu gün Ermənistan prezidenti Sərkisyan sülh danışıqlarını dayandırdıqlarını bəyan etmişdi. O, demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.
***
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yenidən fəal döyüş əməliyyatları başiayıb. Virtualaz.org-a bu barədə Tərtər, Ağdam və Goranboy rayonlarının sakinlərindən məlum olub.
Saat 01:30-dan başlayaraq erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini artilleriya və minaatanlardan aramsız və irimiqyaslı atəşə məruz qoyub. Sərhədyanı kəndlərin sakinlərinin sözlərinə görə, Azərbaycan ordusu cavab atəşi açıb. İki saatdır ki, döyüşlər davam edir.
Xəbəri paylaş
8708 dəfə oxunub.
Digər xəbərlər

22-12-2017, 12:52
Damarlarını kəsən direktordan kim pul istəyib?
25-09-2020, 12:34
Azərbaycanda direktor rüşvətə görə HƏBS EDİLDİ
7-01-2022, 12:20
Gen-bol reklamlı "Optimal Electronics"dən GİLEY - "...nə qədər tərifləsələr də, almayın"
19-12-2015, 17:53
AYTƏNLƏ ASENANIN YOLLARI TÜRKİYƏDƏ KƏSİŞDİ – FOTO - VİDEO
21-01-2021, 08:16
Kılıcdaroğlu 20 Yanvar şəhidlərini belə yad etdi
14-08-2023, 11:25
“Barbi”nin ikinci hissəsi çəkilə bilər
5-01-2016, 12:17
Müsəlmanların hicablı “Dəmir Ledi”si (VİDEO)
31-05-2016, 17:48
Xüsusi əməliyyat: vəzifəlilər həbs edildi