Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycan buna görə ödəniş etməlidir"
Tarix: 26-04-2016 | Saat: 00:56
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

"Azərbaycan buna görə ödəniş etməlidir"

Gürcüstandakı mərkəzi avtoban ödənişli olmalıdır.

Report "Biznes-Qruziya"ya istinadən xəbər verir ki, bu fikri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili söyləyib.

O hesab edir ki, Gürcüstan Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onun fikrincə, bu dövlətlər sözügedən yoldan istifadəyə görə ödəniş etməlidirlər.

"Əgər bir nazir kimi məndən soruşsanız, deyərəm ki, o, mütləq ödənişli olmalıdır, daha artığını deyim, ümumiyyətlə bu avtoban əvvəldən axıradək ödənişli olmalıdır. Qoy bu, gürcüləri qorxutmasın, çünki biz "İpək yolu"nun tərkib hissəsiyik. Bu avtobanın böyük hissəsindən əcnəbilər istifadə etməlidir. Biz Çin, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və digər ölkələr üçün unikal yollar çəkə biləcək dövlətlərdən deyil. Onlar bu yoldan istifadəyə görə, ödəniş etməlidirlər və dövlətin hazırda mövcud olan böyük borcunun bağlanmasının yeganə mənbəyi bu olmalıdır", - deyə nazir qeyd edib.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.







Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___