Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO
Tarix: 25-04-2016 | Saat: 23:13
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO
Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxdığı miqrant oğlu ilə paytaxtımız Bakıya gəlib.

Bir neçə ay öncə Suriyada baş vermiş hadisələrə görə Macarıstana qaçan suriyalı ata və oğlunu bir çoxları xatırlayarlar. Onlar gömrük xəttini keçmək istəyərkən macarıstanlı qadın reportyorun tərbiyəsizliyi və yolverilməz davranışı ilə üzləşmişdilər.

Jurnalist qadın ölkəyə gələn və Almaniyaya keçməyə çalışan miqrantlarla polis arasındakı qarşıdurmadan reportaj hazırlayarkən çəkilişi daha maraqlı etmək üçün suriyalı miqranta badalaq vurmuşdu.

Üsamə Əbdel Möhsün qucağında balaca oğlu Zeydlə qaçarkən jurnalist Petra Lazlo onlara badalaq ataraq yerə yıxmışdı. Bu hadisədən sonra qadının bu hərəkəti bütün dünyada birmənalı qarşılanmamışdı. Bircə gün sonra isə Petra öz vəzifəsindən azad edilərək işdən qovulmuşdu.

Bir müddət sonra isə ata və oğul İspaniyaya gələrək orada məskünlaşıblar.

Bu gün isə hər kəsin tanıdığı ata və oğul paytaxtımız Bakıya gəliblər. ATV kanalının qonağı olan Üsamə Əbdel Möhsün və oğlu Zeyd ATV-xəbərin jurnalisti Ariz Tarverdiyevlə söhbətləşiblər.

Qeyd edək ki, Üsamə Əbdel Möhsün hazırda İspaniyada yaşayır və "Xetafe" məşqçilərinin məktəbində çalışır. Məktəb həmçinin Ü.Ə.Möhsünə İspaniyada ailəsi ilə məskunlaşmağa kömək edib. Lakin onun digər övladları və həyat yoldaşı hələ də Türkiyədə qaçqın həyatı yaşayırlar.
Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO
Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO
Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO
Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO
Avropada jurnalistin badalaq vurduğu Suriya qaçqını Bakıda - FOTO


Xəbəri paylaş

5148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___