Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ Rza Zərrabı İrana verir
Tarix: 25-04-2016 | Saat: 22:56
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

ABŞ Rza Zərrabı İrana verir

ABŞ-da həbs olunan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın İrandakı amerikalı məhbuslarla dəyişdirilməsi üçün danışıqlar başlanıb.

Bu barədə “Hurriyyət” nəşrinin Vaşinqton təmsilçisi Tolqa Tanış yazıb.

Onun sözlərinə görə, Rza Zərrab barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra mübadilə olunması üçün çox qiymətli şəxsə çevrilir. ABŞ 9 il əvvəl İranda itən və Amerika Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) üçün çalışan Robert Levinson başda olmaqla bir neçə vətəndaşını İrandan almaq istəyir.

Qeyd edək ki, İran əsilli azərbaycanlı iş adamı martın 21-də Florida ştatının Mayami şəhərində həbs olunub. Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Rza Zərrab 2013-cü ilin dekabr ayında Türkiyədə qalmaqallı korrupsiya işi ilə bağlı həbs edilmişdi. O, hökumət üzvlərinə rüşvət verməkdə təqsirləndirilirdi. Lakin daha sonra ona qarşı irəli sürülən ittiham ləğv olunub və işə xitam verilib.


Xəbəri paylaş

7898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___