Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qiymətlər ucuzlaşıb?
Tarix: 25-04-2016 | Saat: 17:33
Bölmə:Karusel / M2 | çapa göndər

Qiymətlər ucuzlaşıb?
Yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10 faiz ucuzlaşıb. Ayrılıqda bitkiçilik məhsullarında isə belə ucuzlaşma 20 faiz göstərilir. Heyvandarlıq məhsullarının istehsalçı qiyməti isə 0,1 faiz bahalaşıb.

Bu haqda Dövlət Statsitika Komitəsinin məlumatında bildirilir.

Komitə bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasını 2015-ci ildə buğdanın məhsuldarlığının yüksəlməsi ilə izah edir. Üstəlik, qeyd edilir ki, dünya bazarında buğdanın qiyməti aşağı düşüb. Ona əlavə dəyər vergisinin tətbiqi dayandırılıb.

Komitə həmçinin bildirir ki, martda heyvandarlıq məhsullarından quş ətinin və südün istehsalçı qiymətlərində bahalaşma olub. Yumurtanın, mal ətinin, diri qoyun və keçilərin istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Müstəqil iqtisadçılar isə bu rəqəmlərə bir qədər şübhə ilə yanaşırlar. Üstəlik, hesab edirlər ki, bu həm də ölkədə kəndli əməyinin dəyərdən düşməsidir. Onlar deyirlər ki, ölkəyə idxal olunan bəzi məhsullar son bir ildə az qala 60-80 faiz bahalaşıb. Kəndlinin saxladığı qoyunun, əkdiyi buğdanın qiyməti isə bahalaşmayıb.


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___