Prinsin albomlarının satışı ölümündən sonra 42 000 faiz artıb
Tarix: 25-04-2016 | Saat: 16:28
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər
Amerikalı məşhur müğənni Prinsin ölümündən sonrakı üç gün ərzində satılan albomlarının sayı faciəvi hadisədən əvvəlki üç günlə müqayisədə 42 000% çox olub.
"Report" xəbər verir ki, bu barədə "Nielsen Music" şirkətinə istinadən "USA Today" qəzeti məlumat verib.
"Nielsen Music" şirkətinin nümayəndəsi Fren Körtisin verdiyi məlumata görə, ölümündən sonrakı üç gün ərzində məşhur müğənninin dünya üzrə 579 min albomu satılıbsa, onun dünyasını dəyişdiyi andan əvvəlki üç gün ərzində cəmi 1 400 nüsxə albomu satılmışdı.
Şirkətin məlumatlarına əsasən, mərhum musiqiçinin fanatları daha çox Prinsin hitlər kolleksiyası və onun iştirakı ilə çəkilən "Purple Rain" filminin saundtreki ilə maraqlanıb.
Qeyd edək ki, məşhur amerikalı müğənni, gitaraçı, bəstəkar və mahnıların sözlərinin müəllifi olan Prins aprelin 21-də 57 yaşında vəfat edib. O, dəfələrlə "Qremmi", "Oskar" və "Qızıl qlobus" mükafatlarının qalibi olub. 2005-ci ildə isə mərhum müğənninin adı "Rok-n-Roll"un Şərəf zalına daxil edilib.
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

6-08-2022, 16:05
Kəlbəcərdə şəhid olan hərbçimizin nəşi ailəsinə təhvil verildi
2-02-2018, 10:43
Ağdaşda məscid yanıb
15-02-2018, 18:38
Leyla Seyidbəyli Doğum Evinə baş həkim təyin edildi
11-07-2017, 12:34
Xoşxassəli və bədxassəli şişlərin fərqi
18-03-2022, 11:20
Azərbaycanda dəhşətli qətlin üstü AÇILDI: sevgilisinin meyitini gizlətdi, sonra...
5-03-2017, 12:37
Gürcüstanda qaçqınlar üçün mərkəz yaradıla bilər
16-02-2016, 13:22
Kəmaləddin Heydərov fövqəladə görüş keçirdi
22-04-2015, 11:51
Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO
13-09-2016, 10:15
Qurban əti soyuducuda bu cür saxlanmalıdır – DÜZGÜN QAYDALAR