Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya baş nazirinin sabiq müavini "erməni soyqırımı"nı şübhə altına aldı
Tarix: 25-04-2016 | Saat: 16:16
Bölmə:Karusel / Siyasət / M2 / Xəbəraz TV | çapa göndər

Rusiya baş nazirinin sabiq müavini "erməni soyqırımı"nı şübhə altına aldı
“Hər halda mən heç cür anlaya bilmirəm: türklərin ermənilərin “soyqırımı” tanıması sizin nəyinizə lazımdır? Əgər türklər bunu tanımırsa, demək, belə şey olmayıb, eləmi? Məgər sizin özünüzün tanımağınız kifayət deyil? Əgər genosid faktı Yerin kürə şəklində olması qədər mübahisə doğurmursa, o zaman türklərin bunu tanıması nəyə lazımdır?”

Musavat.com-un məlumatına görə, bu barədə Rusiya baş nazirinin sabiq müavini Alferd Kox saxta soyqırım iddialarının ildönümü ilə bağlı özünün facebook səhifəsində yazıb.

“Məgər kimsə Yeri yastı hesab edirsə, bu, o deməkdir ki, o, daha kürə şəklində deyil? Yaxud belə deyək, o qədər cinayətkar etiraf eləməsə də, dəlil-sübutlar əsasında içəridə yatır ki. Yəni nəyə lazım tanınma, əgər faktlar özlüyündə hər şeyi deyirsə? Sizin bunu türklərdən inadla tələb etməniz qeyri-ixtiyari olaraq belə fikir yaradır ki, özünüz də əsl həqiqətdə nə baş verdiyinə əmin deyilsiniz” – keçmiş hökumət rəsmisi qeyd edib.

Baş nazirin sabiq müavini və müxalif siyasətçi ermənilərə çıxış yolu da göstərib: “Nəhayət, Beynəlxalq Məhkəməyə müraciət edin. Qoy o, hüquqi və əsaslı bir qərar versin. Və bu məsələni həmişəlik qapadın. Türkiyənin heç bir etirafı da lazım deyil”.


Xəbəri paylaş

5838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___