Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Forbes”: Neft ancaq bu halda bahalaşa bilər
Tarix: 24-04-2016 | Saat: 19:12
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər



“Forbes”: Neft ancaq bu halda bahalaşa bilər
"Neftin qiyməti bir qədər arta bilər. Bu isə öz növbəsində Amerika Birləşmiş Ştatları (ABŞ) üçün ciddi risk təşkil edir". Lent.az anspress-ə istinadən xəbər verir ki, bu sözləri “Forbes“ jurnalının şərhçisi Bred Маkmillan deyib. Onun proqnozlarına görə, xüsusilə neft ABŞ iqtisadiyyatına zərbə vurmaq üçün əsas vasitədir.

Makmillan qara qızılın qiymətlərinin hazırkı artımına diqqət çəkərək qeyd edib ki, tələb və təklif arasında yaranan balansdan görünür ki, neftin qiymətləri tezliklə normal səviyyəyə qayıdacaq.

Bir çox başqa analitiklər kimi, Makmillan da o fikirlə razıdır ki, neftin hazırki maya dəyərinə uyğun olaraq hər barrel üçün nəzərdə tutulan qiyməti 40-60 dollar həddində stabilləşəcək və, çox güman ki, bu səviyyədə qalacaq.

Müəllif hesab edir ki, bütün bunlara baxmayaraq bəzi amillər var ki, bu proqnoza təsir edə bilər və hər şey dəyişə bilər.

“ABŞ və bəzi digər ölkələrin neft bazarı artan tələbata uyğunlaşmağa vaxt tapmaya bilər. Xüsusilə bu, OPEC-ə üzv dövlətlərin bir-biri ilə razılığa gələcəyi və ya ABŞ-da neftin istehsalının daha sürətlə aşağı düşəcəyi halda baş verə bilər.

Onun sözlərinə görə, neftin hazırkı istehsal miqdarı ona olan tələbatı bir-iki faiz üstələyir.

“Əgər tələbat artmağa davam edərsə və bir sıra neft ixrac edən ölkələr istehsalı bir az azaldarsa, təklifin artıq qalan hissəsi yoxa çıxacaq”,- Makmillan belə düşünür.

“Forbes” şərhçisinin fikrincə, belə olan halda ABŞ-da iqtisadiyyatını yaxşılaşdırmaq üçün "əlverişli şərait"dən məhrum olacaq. “Forbes” şərhçisinin sözlərinə görə, itirilən şərait hazırki ucuz neftin sayəsində həyata keçirilir.

Beləliklə, Мakmillan neftin qalxacağını düşünən insanları öz arzularında ehtiyatlı olmağa çağırır.

Şərhçinin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda neftin qiymətinin kəskin artımı gözlənilmir.


Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___