Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məleykə Əsədova 49 yaşını bu səbəbdən qeyd etməyəcək – Fotolar
Tarix: 24-04-2016 | Saat: 13:36
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Məleykə Əsədova 49 yaşını bu səbəbdən qeyd etməyəcək – Fotolar
Bu gün Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədovanın doğum günüdür.

Tanınmış aktrisa 49 yaşını qeyd edir.

"Xəbəraz.az " doğum günündə aktrisa ilə əlaqə saxlayıb. M.Əsədova bildirib ki, ad gününü qeyd etməyəcək:

“Adətən doğum günümü təmtəraqla qeyd etməyi xoşlayıram. Çox vaxt yaxınlarımla bir restoranda yaxınlarımla ad günümü qeyd edirəm. Amma bu il belə etməyəcəyəm. Çünki son günlər məlum hadisələr nəticəsində onlarla igid oğullarımız şəhid olub. Hələ onların qırxı çıxmadığına görə, təmtəraqlı ad günü keçirməyi özümə rəva bilmərəm”.

Hər il daha çox sevildiyimi hiss edirəm. Rusiyadan, İrandan, Türkiyədən, digər xarici ölkələrdən, xüsusən Azərbaycandan yüzlərlə təbrik zəngləri gəlir, mesajlar alıram. Hər birinə sizin vasitənizlə təşəkkürümü bildirirəm. Nə yaxşı ki, məni sevən tamaşaçılarım var”.

Xatırladaq ki, Məleykə Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub və bir sıra baş rolları oynayıb.

1993-cü ildən Akademik Milli Dram Teatrının aktrisasıdır.

Xatırladaq ki, M.Əsədova bir müddət öncə Bakıdakı hospitalların birinə gətirilən yaralı hərbçilərimizi də ziyarət etmişdi, o vaxt bu barədə yazmaq istəsək də, etirazını bildirmişdi.
Məleykə Əsədova 49 yaşını bu səbəbdən qeyd etməyəcək – Fotolar
Məleykə Əsədova 49 yaşını bu səbəbdən qeyd etməyəcək – Fotolar


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___