Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlqar Məmmədov azadlığa buraxılmadı, məhkəmə təxirə salındı (FOTO)
Tarix: 22-04-2016 | Saat: 16:58
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İlqar Məmmədov azadlığa buraxılmadı, məhkəmə təxirə salındı (FOTO)
Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL hərəkatının sədri İlqar Məmmədovun işi üzrə proses keçirilib.

Musavat.com-un məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, prosesdə məhkəmə istintaqı başa çatıb.

Lakin hökmün elan olunması qeyri-müəyyən vaxtadək təxirə salınıb. Prosesin nə vaxt davam etdiriləcəyi gələn həftənin əvvəli bəlli olacaq.

Məhkəmə vəkillərin həbs - qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini rədd edib.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İ.Məmmədov apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq onu qismən təmin edib və işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Onu da qeyd edək ki, beynəlxalq təşkilatlar, eləcə də ABŞ hökuməti və Avropa İttifaqı İ.Məmmədovun azadlığa buraxılmasını tələb edirlər.
İlqar Məmmədov azadlığa buraxılmadı, məhkəmə təxirə salındı (FOTO)
İlqar Məmmədov azadlığa buraxılmadı, məhkəmə təxirə salındı (FOTO)İlqar Məmmədov azadlığa buraxılmadı, məhkəmə təxirə salındı (FOTO)


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___