İki qardaşı güllələyib öldürənə ömürlük cəza verildi
Tarix: 22-04-2016 | Saat: 16:39
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Vəkil: “Amansızlıq edən qatil layiqli cəzasını almalı idi və aldı”
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə 1984-cü il təvəllüdlü Zaur Ənvər oğlu Tərlanovun cinayət işi üzrə məhkəmə baxışı sona çatıb.
Musavat.com xəbər verrir ki, Məhkəmə Z.Tərlanovun ömürlük həbs cəzasına məhkum edib.
“Standartbank”ın Qaradağ rayonunda yerləşən filialının işçisi olmuş Z.Tərlanov ötən il yanvarın 8-də 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimov qardaşlarını güllələyərək öldürməkdə suçlu bilinirdi.
Məhkəmə hökmünə münasibət bildirən zərərçəkmişlərin hüquqi varislərinin vəkili Ceyhun Yusifov çıxarılan hökmün ədalətli olduğunu bildirib: “Zaur Tərlanov iki gəncin həyatına son qoyub. Buna görə də onun əməlinə məhkəmədə verilən qiymət adekvatdır, ədalətlidir. Qətli törədən şəxs cəmiyyətdə öz üstünlüyünü nümayiş etdirmək istəyib. Bu qətl xüsusi amansızlıqla törədilib. Bir qardaşın gözü qarşısında digər qardaş qətlə yetirilib. Qatil əvvəlcə Cavidi vurub. Cahid güllələrdən yayınmaq istədikdə ona da atəş açıb. Əgər Zaurun Cavidlə hər hansı bir problemi var idisə, Cahidi niyə öldürürdü? Bu adam bütöv bir ailəni məhv edib, gözüyaşlı qoyub. Bu cür amansızlıq edən qatil layiqli cəzasını almalı idi və aldı”.
Qeyd edək ki, amansız qətldən sonra Baş Prokurorluq məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 8 yanvarın, 2015-ci il, saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.
Xəbəri paylaş
6968 dəfə oxunub.
Digər xəbərlər

24-02-2017, 01:52
Şəkidə ağır qəza: yaralılar var - VİDEO - FOTO
22-05-2016, 12:28
Bakıda maşın yandı
25-08-2017, 11:18
"Şəhərdə millət lüt gəzir" - Nadir
7-07-2021, 10:11
Dibçəkdə yetişdirilən vaksin: Azərbaycanlı professor COVID-19 əleyhinə bitki peyvəndi hazırladı
5-11-2015, 12:34
Bakı-Yevlax yolunda dəhşətli qəza: ölənlər var - YENİLƏNİB
18-01-2016, 17:55
Dollar yenə bahalaşdı - sabaha rəsmi məzənnəsi
23-03-2021, 01:37
ULDUZ TAXI (*5000) sürücüləri aldadır?
17-04-2018, 10:59
Şəhriyar Məmmədyarov: Heç vaxt gözləmədiyim dəstəyi hiss etdim
3-04-2015, 00:30
Yəməndə yaşayan azərbaycanlılar bu ölkəni tərk etmək istəyirlər
1-06-2017, 21:50
Yol polisi əməkdaşı uşağın həyatını belə xilas etdi - VİDEO