Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Turistlər üçün ən təhlükəsiz ölkələr - Siyahı
Tarix: 22-04-2016 | Saat: 16:04
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Turistlər üçün ən təhlükəsiz ölkələr - Siyahı
Avropada ard-arda baş verən terror aktlarından sonra britaniyalı turistlər istirahət zamanı öz təhlükəsizlikləri barədə narahat olmağa başlayıblar.

"Xəbəraz.az " xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi turistlər üçün müxtəlif ölkələrin səfərinə dair ətraflı tövsiyələr verib. Təhlükəsizlik baxımından əlverişli olan ölkələr sırasında İslandiya, Lixtenşteyn, Malta, Polşa, Sloveniya, Baham adaları, Kosta-Rika, Dominikan, Seyşel adaları və Yaponiya yer alır.

Bununla yanaşı, XİN onu da qeyd edir ki, bu ölkələrin hər birinin az da olsa öz riskləri var.

Məsələn, Lixtenşteyndə qış mövsümündə qar uçqunu, Baham adalarında qasırğa, Yaponiyada zəlzələ, Kosta-Rikada isə “zika” virusundan ehtiyatlı olmaq lazımdır.

Britaniya XİN-i Rusiyaya səyahətə hazırlaşan turistlərə Ukraynanın Donetsk, Luqansk və Xarkov vilayətinin sərhədlərinə 10 km yaxın rayonlarına səfər etməməyi tövsiyə edir.

Nazirlik onu da qeyd edir ki, Moskvada da terror aktları mümkündür. Ən əsası isə ora səyahət edənlər küçə cinayətkarlığının qurbanına çevrilə bilərlər.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
12-04-2018, 11:31 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___