Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənclər informasiya savaşına qoşuldu
Tarix: 22-04-2016 | Saat: 00:40
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər


Gənclər informasiya savaşına qoşuldu
Azərbaycanın bir qrup vətənpərvər gənci Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu İctimai Birliyinin (International Information and Research s Institute) təsil
konfransını keçirib.

Bu haqda Axar.az-a məlumatı qurumun sədri Zaur Qəriboğlu verib. Zaur Qəriboğlu bildirib ki, bu gün dünyada, əsasən də müharibə və münaqişə ocaqlarında baş verənlər haqda beynəlxalq ictimaiyyətə dolğun, dəqiq və qərəzsiz informasiyaların hazırlanmasına və yayılmasına ehtiyac var. Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilən torpaqlarında son 25 il ərzində, eləcə də son bir ayda baş verənlər göstərdi ki, informasiya müharibəsində fəallığın gücləndirilməsinə zərurət var. Bunun üçün də regionda və ölkədə baş verən proseslərlə bağlı, eləcə də hərbi hücumlar haqqında araşdırma-təhlillərin aparılması, mövcud vəziyyətlə bağlı hesabatların hazırlanması məqsədilə Beynəlxalq İnformasiya və Tədqiqqatlar İnstitutu İctimai Birliyi təsis edilib.

Qurum sədri qeyd edib ki, Birliyin fəaliyyətinin əsas istiqamətlərinə dünyada fəaliyyət göstərən araşdırma mərkəzləri, beyin quruluşları, aparıcı media qurumları və fondlarla sıx əməkdaşlıq etmək, regionun geosiyasi maraqlarına uyğun olaraq ölkəmizin dünyada artan nüfuzunun tədqiqi ilə bağlı dəyirmi masalar, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, o cümlədən, beynəlxalq miqyaslı tədbirlər təşkil etmək, dünyanın müxtəlif bölgələrində mövcud vəziyyəti analiz etmək, münaqişə ocaqları, regional və təhlükəsizliklə bağlı tədqiqatlar aparmaq və nəticəni KİV vasitəsi ilə ictimaiyyətə çatdırmaq, gənc araşdırmaçılar üçün dünyanın aparıcı tədqiqat mərkəzlərinin iştirakı ilə birgə təcrübə kursları təşkil etmək, dövlət, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq və s. daxildir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___