Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbhəyanı kəndlərdə mərmilər tapıldı
Tarix: 21-04-2016 | Saat: 20:55
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Cəbhəyanı kəndlərdə mərmilər tapıldı

Cəbhəyanı kəndlərdə bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

"Xəbəraz.az "-ın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 21-də Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, bu gün Agentlik tərəfindən 10 ev, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi) aşkar edilib, 39 partlayış yeri, 2 əkin sahəsi və 32 250 kv.m ərazi yoxlanılıb.

Məlumata görə, partlamamış hərbi sursatlar Ağdam rayonunun Ballar və Yusifcanlı kəndləri ərazisində aşkarlanıb.

Ümumilikdə, Agentlik tərəfindən 07-21 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 310 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilmiş, 139 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Cəbhəyanı kəndlərdə mərmilər tapıldı
Cəbhəyanı kəndlərdə mərmilər tapıldı
Cəbhəyanı kəndlərdə mərmilər tapıldı
Cəbhəyanı kəndlərdə mərmilər tapıldı
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___