Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təhlükəli rus haker ABŞ-da həbsə məhkum edildi
Tarix: 21-04-2016 | Saat: 15:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Təhlükəli rus haker ABŞ-da həbsə məhkum edildi
-

“SpyEye” zərərverici virus proqramının yaradıcısı, 27 yaşlı rusiyalı haker Aleksandr Panin ABŞ-da azadlıqdan məhrum edilib.

"Xəbəraz.az "-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, “Gribodemon” və “Harderman” nikləri ilə tanınan A. Panin ABŞ məhkəməsini qərarı ilə 9,5 il müddətinə həbsə məhkum olunub. Prokuror bildirib ki, 2010-2012-ci illərdə “SpyEye” 50 milyondan çox kompüteri yoluxdurub, nəticədə dünya üzrə maliyyə qurumları və fiziki şəxslərə təxminən 1 milyard dollar həcmində ziyan dəyib.

A. Panin istintaqla əməkdaşlığa razılaşıb və prokurorla sövdələşməyə gedib. Onun şəriki olan Əlcəzair vətəndaşı, 27 yaşlı Hamza Bendelladj 15 il azadlıqdan məhrum edilib. O, “SpyEye” virusunun satışı ilə məşğul imiş.

Troyan virus növlərindən biri olan “SpyEye” kompüterlərə daxil olaraq istifadəçilərin gizli məlumatlarını, o cümlədən bank hesablarını, kredit kartlarının bilgilərini, parol və PİN-kodları oğurlayır.


Xəbəri paylaş

5538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___