Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropa İttifaqı Azərbaycana nəqliyyatla bağlı yeni təklif və layihələr təqdim edib
Tarix: 21-04-2016 | Saat: 13:04
Bölmə:Karusel / M2 | çapa göndər

Avropa İttifaqı Azərbaycana nəqliyyatla bağlı yeni təklif və layihələr təqdim edib

Azərbaycan Nəqliyyat Nazirliyində Avropa İttifaqı (Aİ) nümayəndə heyəti ilə görüş keçirilib. Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun Şərq Qonşuluğunda regional proqramlara məsul bölmənin başçısı Vassilis Maraqosun rəhbərlik etdiyi nümayəndə heyəti nazir müavini Musa Pənahovla görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanda yol-nəqliyyat kompleksi sahəsində həyata keçirilən infrastruktur layihələri, aparılan struktur islahatları barədə qonaqlara məlumat verilib. Nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdıran M.Pənahov ölkənin tranzit potensialının artırılması, tranzit daşımaların asanlaşdırılması istiqamətində tədbirlər görüldüyünü bildirib.
Görüş zamanı Azərbaycanda nəqliyyat sisteminin daha da inkişaf etdirilməsi, daşımaların təhlükəsizliyi, infrastrukturun yeniləşdirilməsinin vacibliyi vurğulanıb, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinin gələcək strategiyasına dair Aİ-nin təqdim etdiyi təkliflər və yeni layihələr ətrafında müzakirələr aparılıb.


Xəbəri paylaş

5318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___