Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kralın Obamanı soyuq qarşılaması - Dünya gündəmində
Tarix: 21-04-2016 | Saat: 11:28
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Kralın Obamanı soyuq qarşılaması - Dünya gündəmində
Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Barak Obama ölkə başçısı tərəfindən soyuq qarşılanıb.

"Xəbəraz.az " xəbər verir ki, Obamaya soyuq münasibət bir çox dünya KİV-nin diqqətindən qaçmayıb. Belə ki, bir vaxtlar eks-prezident Corc Buşu hava limanında qarşılayan kral Obamanı qarşılamağa getməyib. ABŞ prezidentini aeroportda Ər-Riyad qubernatoru başda olmaqla bir neçə nümayəndə müşayiət edib. Səudiyyə televiziyaları isə Obamanın hava limanında enişini və saraya getməsini göstərməyib. Halbuki, bir neçə gün öncə televiziyalar kral Salmanın hava limanında şəxsən Fars körfəzi liderlərini qarşıladığını nümayiş etdirmişdi.

Daha sonra jurnalistlər sarayda kralın Obama ilə quru əl-ələ salamlaşmaqla kifayətləndiyinə diqqət çəkiblər və Corc Buşu dostsayağı qucaqlaması ilə müqayisə aparıblar.

Analitiklər hesab edir ki, Obamanın bu cür soyuq qarşılanması səudiyyəlilərin artıq ABŞ-a güvənməməsinin göstəricisidir.

Qeyd edək ki, son günlər ABŞ konqresində Səudiyyənin ünvanına tənqidi fikirlər səsləndirilir. Siyasətçilər Ər-Riyada silah satışını məhdudlaşdırmağı təklif edirlər. Eyni zamanda, bu ölkənin 11 sentyabr terroru ilə əlaqəsinin olması ehtimalını irəli sürüblər. Səudiyyə hökuməti isə cavabında ABŞ-dakı 750 milyardlıq səhmlərini satmaqla təhdid edib.

Bütün bunlar ABŞ-ın enerji resurslarının həcminin artması, nəticədə isə ölkənin Yaxın Şərq neftinə az ehtiyac duyması fonunda baş verir.

Paylaş Tweet Paylaş


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___