Prezident şəhid zabitimizə Milli Qəhrəman adı verdi (FOTO)
Tarix: 20-04-2016 | Saat: 15:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev dördgünlük müharibə zamanı Talış kəndi ətrafındakı yüksəkliklərin ələ keçirilməsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Ordusunun mayoru Samid İmanova Milli Qəhrəman (ölümündən sonra) adı verib.
Məlumatı Axar.az-a şəhid zabitimiz Samid İmanovun xalası oğlu Əsgər Sarıyev təsdiqləyib.
Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində dünyaya göz acıb.
1998-ci ildə Neftcala rayonunun 1-saylı orta məktəbi bitirib və həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirib.
2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə “Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada (həmçinin Milli Qəhrəman adına) layiq görülüb, orden və medallarla təltif olunub.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

11-10-2016, 21:26
Qaydanı pozan piyadalar cərimələnəcək - VİDEO
7-09-2016, 18:04
Xərçəngə tutulan rejissor: "Çalışıram, özümü dik tutum" - MÜSAHİBƏ
30-01-2018, 17:14
Azərbaycanda vərəmə yoluxan uşaqların sayı artır -TƏHLÜKƏ
24-09-2016, 11:30
“Sədərək”dəki yanğında 5 nəfər yaralanıb - FOTOLAR
16-06-2017, 11:07
Vasif Talıbov iftar süfrəsi açdı - FOTO
21-04-2016, 20:41
Şahzadə ailəsində 3 əsrdən sonra Aleksandr doğuldu - Foto
6-06-2018, 00:44
Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB
27-11-2016, 09:41
Rayonlarımız atəşə tutuldu
5-12-2021, 12:34
Sinəsinin böyüklüyü başına bəla olub - FOTO