Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
135 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu
Tarix: 20-04-2016 | Saat: 14:52
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

135 min manatlıq dələduzluq edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, H.Həsənov pensiya kartı düzəltmək adı ilə vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə edib.

O, Gəncə şəhəri, Daşkəsən və digər rayon sakinlərindən 135 min manat məbləğində pul alıb. Daha sonra həmin şəxslər H.Həsənovun dələduzluq əməli ilə bağlı 22 nəfər zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılmışdı.


Xəbəri paylaş

5458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___