“Daha sürətli olacağıq” - Raykkönen
Tarix: 20-04-2016 | Saat: 11:54
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Kimi Raykkönen “Ferrari”nin çempionluq şansının hələ də davam etdiyini və onların mübarizəyə yenidən qayıda biləcəyini bildirib.
"Xəbəraz.az " f-1.az-a istinadən xəbər verir ki, italyanlar builki 3 yarışın hamısında problem yaşayıblar və real güclərini göstərə bilməyiblər. Ən əsası isə “Ferrari” komandası “Mercedes AMG” ilə qələbə uğrunda mübarizə apara bilməyib:
“Bu mövsüm hələ ki, 3 yarış olub. Düzdür, 3 yarış ərzində çox hadisə baş verdi və növbəti yarışlarda da baş verəcək. Bacardığımız qədər çox xal yğmalıyıq və yarışlarda problem yaşamamalıyıq. Bundan başqa, yarışlarda maksimum qabağa getməliyik. Mən burada “Mercedes”lərə daha yaxın idim. Ancaq problemsiz yarış keçirə bilməsəniz, onlarla mübarizə apara bilməzsiniz. Elə yarışlar olacaq ki, biz Çindəkindən daha sürətli olacağıq. Bəzi yarışlarda böyük ehtimalla “Mercedes” daha güclü olacaq, amma əsas bolidi və bütün paketi inkişaf etdirməkdir. Daha sonra güclü yarışlarımız olacaq və onlarla mübarizə apararaq qalib gələ bilərik. Amma bunun üçün problemsiz yarışlar keçirtməliyik. Problem yaşasanız, bunun sizə faydası olmaz. Rosberq indidən 3 yarış qazandı və bu heç də yaxşı hal deyil. Bəlkə özü üçün yaxşıdır, amma rəqibləri üçün yaxşı deyil. Ancaq Rosberq bu qələbələrə layiqdir və biz daha yaxşı işlər görməliyik”.
Xatırladaq ki, Raykkönen Çindəki yarışın startında komanda yoldaşı Fettellə təmas etdikdən sonra yarış qazanmaqla bağlı bütün ümidlərini itirmişdi.
Xəbəri paylaş
5448 dəfə oxunub.
Digər xəbərlər

30-08-2016, 22:04
56 yaşlı türkiyəli ifaçı ana olacaq
10-06-2015, 12:22
Qoşulub qaçan gənc qızın Bakıda dəhşətli intiharı
14-08-2017, 16:33
Qarabağda erməni əsgər öldü
24-11-2015, 22:31
"Bakıda fəaliyyət göstərən London taksilərində “Wi Fi” quraşdırılacaq"
28-08-2016, 22:04
Dəfn mərasimində 100-dən çox kriminal avtoritet saxlanılıb
30-04-2015, 12:19
Mətbuat Mərkəzində “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək:
3-04-2017, 20:50
İngiltərəli futbolçu 3 nəfəri ölümdən qurtardı
1-06-2016, 06:51
Sevgilisini öldürən modelə 15 il həbs cəzası
25-02-2019, 18:21
İlhamə Quliyevanın anım günüdür
1-09-2016, 16:44
Prodüser Humay Muxtarova ailə qurmağa hazırlaşır