Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
12 metr yüksəkdə ölümlə rəqs - Kəndirbazla söhbət - FOTOLAR
Tarix: 20-04-2016 | Saat: 11:12
Bölmə:Karusel / Maraqlı / M2 / Müsahibə | çapa göndər

12 metr yüksəkdə ölümlə rəqs - Kəndirbazla söhbət - FOTOLAR





Azərbaycan xalq oyunları mövzu, məzmun, yaranma yolu və forma etibarilə çox zəngindir. Cıdır oyunları, atüstü oyunlar, gözbağlıca oyunu, milli güləş, zorxana oyunları, kəndirbaz oyunu və s. Hər bir oyunun özünəməxsus fərdi xüsusiyyəti olduğu kimi, oyunların ortaq cəhətləri çoxdur. Xalq oyunları cəldlik, gözəllik, qıvraqlıq aşılayan, yüksək humanist duyğular təlqin edən, şəri məhkum etməyi, yaxşını qorumağı və ona kömək etməyi tərənnüm edən folklor janrlarındandır.

İp üzərində gəzən, atılıb-düşən və cürbəcür oyunlar göstərən adama kəndirbaz deyirlər. Quba sakini 24 yaşlı Məmmədhüseynov Amil 10 ildən çoxdur kəndirbazlıqla məşğuldur.

“8 yaşımdan kəndirə çıxıram, kəndirbazlıq ailədən gəlir”

Amilin atası, əmisi də kəndirbazlıqla məşğul olub. 3 qardaş olsalar da, ata-baba sənətini ailədə tək Amil davam etdirir. Atasının yaşı çox olsa da, günü bu gün də kəndirə çıxa bilir. Kəndirbaz olmaq üçün isə...

- Üç metr yarımlıq kəndirin üstündə yerimək üçün cəsarətli olmalısan. Qorxmamalısan. İkinci, çəkin az olmalıdır. Sonra gərək ürəyin sağlam ola. Bir də təzyiqin olmamalıdır. İlk vaxtlar kəndirin üstünə çıxanda yıxılırdım.

Bir-iki dəfə yerə dəysə də, ciddi xəsarət almayıb. Bununla yanaşı, həm də çox məşq etmək lazımdır. Bir neçə xarici ölkələrdə səfərdə olan Amil bundan da hündür kəndirlərin üstündə gəzib.

- Dünyanın bir çox ölkələrində olmuşuq. Özümüzün qrupumuz var. Tədbirlərə dəvət edəndə gedirik. Fransada, İtaliyada, Rusiyanın demək olar bütün şəhərlərində olmuşam. Ötən ilin sentyabr ayında Fransada olmuşam. Orda 12 metr yüksəklikdə kəndirin üstündə tryuklar elədim.

Amil müxtəlif tryuklar bacarır. Kəndirin üstündə gəzmək, atlanmaq, velosiped sürmək, halqayla yerimək və nərdivanın üstünə çıxmaq.

- Bunlardan ən çətini nərdivandır. Tarazlıq itsə, hər an yerə düşə bilərəm.

Yıxılmamaq üçün heç bir təhlükəsizlik tədbirləri almayan 27 yaşlı kəndirbazımız yıxılarsa, özünü kəndirdən tutub saxlayacağına ümid edir.

Uzunluğu 32 metr olan kəndirin üstünə çıxmaq üçün kəndirbazlar “balans” adlandırdıqları alüminium trubadan istifadə edirlər. Elə bəzi tryukları da bu “balans”ın köməkliyi ilə etdi. “Balans”ın çəkisi isə nə az, nə çox - 12 kilodur.

Musiqi səslənir və kəndirbaz Amil bir göz qırpımında kəndirin üstünə dırmaşır. Ətrafdakı uşaqlar da kəndirbazı görüncə, dərhal başına yığılır. Belə tamaşaları adətən o, dövlət tədbirlərində göstərir. Əlbəttə ki, müəyyən pul qarşılığında.

12 metr yüksəkdə ölümlə rəqs - Kəndirbazla söhbət - FOTOLAR


Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___