Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistanda yoxsulluq səviyyəsi 76 faizi keçdi
Tarix: 19-04-2016 | Saat: 14:36
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ermənistanda yoxsulluq səviyyəsi 76 faizi keçdi

Ermənistanda əhalinin 76%-i bir gündə 5 dollardan az pul xərcləyir.

Bu barədə Dünya Bankının bir neçə gün əvvəl dərc edilmiş hesabatında bildirilib.

Ermənistanın “168 jam” qəzetinin yazdığına görə, Dünya Bankında gündə 5 dollardan az pul xərcləyən insanlar yoxsul hesab edilirlər.

Qəzetdə qeyd olunur ki, Dünya Bankı yoxsulluq meyarını iki göstərici ilə müəyyənləşdirir: birincisi, günə 2,5 dollar, ikincisi, günə 5 dollar xərcləmək.

2,5 dollar göstəricisinə görə, 2014-cü ildə Ermənistanda yoxsulluğun səviyyəsi 26 faiz olub. 5 dollar göstəricisinə görə isə əhalinin 76 faizi yoxsuldur və bu, əhalinin ¾ hissəsini təşkil edir.

Xatırladaq ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanda yoxsulluğun səviyyəsi 2014-cü ilin sonunda ölkə əhalisinin 30 faizini əhatə edib (2013-cü ilin eyni dövrü ilə müqayisədə 2% azalıb).

Milli Statistika Xidmətinin metodologiyasına görə, yetkinlik yaşına çatan və gəliri 40264 dramdan aşağı olanlar yoxsul hesab edilir.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___