Təqaüd istəyən 1570 nəfər üçün imtahan keçiriləcək
Tarix: 19-04-2016 | Saat: 11:57
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 1-də ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək. Lent.az-ın məlumatına görə, namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Namizədlər imtahana özləri ilə 2 sənəd gətirməlidir: şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1570 nəfər qeydiyyatdan keçib. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Qeyd edək ki, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

27-11-2015, 21:22
Əmisi oğlunun evini yaran şəxs: O adamı qaçırtmaq istəyirdik - VİDEO
26-07-2017, 11:10
Bakıda qəbul imtahanıdan sonra yoxa çıxan abituriyent tapıldı
7-12-2016, 19:53
SON DƏQİQƏ: İndoneziya yenə "silkələndi" - FOTO
25-07-2016, 11:00
Bu vəziyyətdə qadınlar sizi...
4-07-2016, 20:30
auptman: “Ermənistana təzyiq göstərilməlidir“
16-03-2015, 16:43
Rusiyada nə baş verir? - Şimal donanmasına döyüş tapşırığı
18-12-2016, 16:46
Türkiyədən gətirilən dərmanlarla bağlı yeni - Qərar
11-05-2020, 10:24
Rusiya-Türkiyə-İran razılaşıb: Əsəd devrilir? - Açıqlama
26-11-2016, 09:36
Rusiya Federal Mühafizə Xidmətinin generalı həbs edilib