Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şahmat üzrə yığmamız tarix yazdı - FOTO
Tarix: 19-04-2016 | Saat: 11:19
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Rəşad Zeynallı 1-ci oldu.

Yunanıstanın paytaxtı Afina şəhərində aprelin 13-18-də keçirilən 12-ci Avropa çempionatında (12th European Chess Solving Championship) Azərbaycan şahmat üzrə yığması tarix yazıb.

Oxu.Az-a daxil olan məlumata görə, 16 komanda arasında olan mübarizədə Araz Alməmmədov (Qəbələ), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı, Bəhruz Rzayevdən (hər ikisi Bakı) ibarət olan yığmamız 206 xalla gümüş medal qazanıb.

Avropa çempionu adını 214,5 xalla Serbiya, bürünc medalı isə yığmamızdan 0,75 xal geri qalan, dəfələrlə Dünya və Avropa çempionları olan Polşa yığması 205,25 xalla nail olub.

Rəşad Zeynallı Avropa çempionatında gənclər arasında 1-ci yeri tutaraq Avropa çempionu, Bəhruz Rzayev isə gümüş medalı qazanıb.

Xatırladım ki, komandamız 2014-cü ildə daha bir tarix yazaraq İsveçrənin paytaxtı Bern şəhərində Dünya çempionatında gümüş medal əldə edib.
Şahmat üzrə yığmamız tarix yazdı - FOTO

Şahmat üzrə yığmamız tarix yazdı - FOTO

Şahmat üzrə yığmamız tarix yazdı - FOTO


Xəbəri paylaş

5548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___