Qatil Permyakov azərbaycanlılar əleyhinə ifadə verib
Tarix: 18-04-2016 | Saat: 14:58
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ermənilərin anti-Azərbaycan təbliğatı getdikcə qəribə forma alır. Ehtimal ki, yalnız Ermənistanda rusiyalı qatil əsgər Valeri Permyakovu Azərbaycanın əleyhinə rupora çevirməyə çalışardılar. Və məhz onlar bunu ediblər.
Məlumata görə, ötən il bir erməni ailəsini güllələyib öldürmüş Permyakovun Gümrü şəhərində keçirilən məhkəməsində ilkin ifadələri açıqlanır. "Aravot" qəzeti yazır ki, müstəntiq ondan ermənilər arasında dostu olub-olmadığını soruşub və qatil əsgərin ona cavabı belə olub ki, erməni dostu da yoxdur, azərbaycanlı dostu da.
Daha sonra Permyakov qeyd edib ki, azərbaycanlılara münasibəti çox pisdir, hətta Çitada azərbaycanlılara nifrət edirlər. "Əlimizə azərbaycanlı düşən kimi, biz onları maşına basırdıq, ağızlarına avtomat dirəyirdik. Amma ermənilərlə belə etmirdik, ona görə ki, onlar özlərini yaxşı aparırlar", - Permyakov ifadəsində qeyd edib.
Müstəntiq əsgər Permyakovdan erməni-azərbaycanlı konfliktinə münasibətini də soruşub (sanki gənc əsgər politoloqmuş). Permyakov belə cavab verib: "Ermənilərdən eşitmişəm ki, azərbaycanlılar onları qırmaq üçün vertolyot göndərirmişlər".
Ermənilərə münasibəti barədə suala cavab verən Permyakov deyib ki, onlara normal yanaşır, onda ermənilərə qarşı nifrət yoxdur və onların dininə hörmət edir.
Xəbəri paylaş
6448 dəfə oxunub.
Digər xəbərlər

14-11-2019, 02:47
ŞƏHİD AİLƏLƏRİ VƏ SAHİBKARLARIN TƏRTƏR İCRA HAKİMİYYƏTİNƏ YÜRÜŞÜ – RAYONU ETİRAZ DALĞASI BÜRÜYÜR? (VİDEO)
1-11-2023, 11:05
Bakıda hoteldə dəhşətli anlar - Enerji içkisinə görə...
27-03-2023, 11:03
Ev, sevgi, karyera: Apreldə həyatları alt-üst olacaq 3 bürc
2-05-2021, 02:30
Asan əldə ediləcək uğurlar və xoş sürprizlər günüdür - BÜRCLƏR
8-05-2022, 12:06
Bakıda əri boşanmaq istəyən arvadını bıçaqlayıb - FOTO
19-08-2018, 17:12
Bildirçin yumurtası immuniteti möhkəmləndirir
15-07-2017, 10:27
Havay adalarında güclü yanğın: ölənlər və yaralılar var
13-06-2016, 18:00
Fransa polisi rus azarkeşlərə basqın etdi
30-10-2016, 10:53
Bakıda faciəvi şəkildə ölən qızlar dəfn edildi - FOTO