"Neftçi" klubu AFFA İntizam Komitəsinə müraciət edəcək
Tarix: 18-04-2016 | Saat: 14:24
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
"Neftçi" klubu "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXX tur matçında futbolçu Ruslan Qurbanova göstərilmiş sarı vərəqənin ləğvi xahişi ilə AFFA İntizam Komitəsinə müraciət edəcək. Klubdan "Report"a verilən məlumata görə, artıq müvafiq görüntünü özündə əks etdirən sənədlər toplanılır.
Flaqman 23-cü dəqiqədə baş vermiş epizodda Qurbanovun hakimi aldatmağa cəhd - simulyasiyaya yol vermədiyini iddia edir. Futbolçunun özü isə epizoda baxdıqdan sonra bir daha əmin olduğunu bildirib ki, referi Ramil Diniyev ona nəinki sarı vərəqə göstərməli, hətta "Qarabağ"ın qapısına cərimə zərbəsi təyin etməli idi. Sarı vərəqə ləğv olunsa, Qurbanov XXXI turun "Zirə" ilə ev oyununda meydana çıxa biləcək. Əks halda, o, sarı vərəqə limitini keçdiyi üçün cəzalı duruma düşəcək.
AFFA İntizam Komitəsinin üzvü Məlik Həsənov "Report"a bildirib ki, "Neftçi"dən müraciət olmayacağı təqdirdə, sarı vərəqənin ləğvi məsələsinə baxılmayacaq.
Qeyd edək ki, komitənin iclası aprelin 19-da olacaq. Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının sarı vərəqə antirekordçusu (12 dəfə) olmaqla yanaşı, bombardirlər siyahısında ən çox - 10 qol vuran yerli futbolçudur
Xəbəri paylaş
5928 dəfə oxunub.
Digər xəbərlər

27-04-2015, 19:33
Bakıda hansı hallarda şagirdlərin I sinfə qəbul edilməyəcəyi açıqlanıb
25-04-2016, 22:24
Mehriban Əliyeva Türkiyənin birinci xanımı ilə görüşdü
29-05-2015, 01:07
“Maşın” şounun qalibi məlum oldu - VİDEO
24-08-2017, 17:27
Bacı-qardaşı xüsusi amansızlıqla öldürən şəxs məhkəmədə özünü qismən təqsirli bilib
22-04-2016, 12:29
Emin məşhur rus ulduzlarını - Bakıya gətirir
15-09-2015, 12:57
Füzulidə müsiqi təmayüllü gimnaziyanın açılışı oldu - Fotolar
18-12-2016, 20:33
Braziliyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO
30-09-2017, 12:26
Rəqsanənin mediadan gizlətdiyi əri - foto