Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatdı
Tarix: 18-04-2015 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatdı

Son illərdə turizmin sürətlə inkişaf etdiyi, bölgələrə səfər edən turistlərin sayının artdığı və ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarının müsbət təsirini nəzərə alaraq, Azərbaycanda turizmin inkişaf etdirilməsi və turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi və Turizm İnformasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində daha 6 Turizm İnformasiya Mərkəzi yaradılıb.


Xeberaz.az nazirliyinin saytına istinadən xəbər verir ki, bunlar, Qusar Turizm İnformasiya Mərkəzi, Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi, Bərdə Turizm İnformasiya Mərkəzi, Şəmkir Turizm İnformasiya Mərkəzi və Mingəçevir Turizm İnformasiya Mərkəzidir.

Bununla da ölkəmizdəki Turizm İnformasiya mərkəzlərinin sayı 15-ə çatıb.

Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Turizm İnformasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.


Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
6-05-2016, 17:25 Kerri Fransaya gəlir

bütün xəbərlər
____ Instagram ___