Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı kafelərində xidmət mədəniyyəti — “ Nə lazımdır, qaqaş...”? + FOTOLAR
Tarix: 17-04-2016 | Saat: 12:22
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Bakı kafelərində xidmət mədəniyyəti — “ Nə lazımdır, qaqaş...”? + FOTOLAR
Müxbirimiz paytaxtın iaşə sektorundakı əsas problemdən yazır: “...vitrinə bax, qaqaş”, nə deməkdir...

Yolu Bakı kafelərindən düşənlər yəqin ki, buradakı xidmət səviyyəsinə yaxşı bələddir. Ölkəmizdə insanlar arasında olduğu kimi, kafelər arasında da təbəqələşmə kəskindir. Bəzi lüks, bahalı kafelər var ki, onlar yalnız imkanlı insanlar üçün əlçatandır. Yerdə qalanlar isə kasıb əhalinin müraciət etdiyi yeməkxana və kafelərdir. Bakının turizm potensialının getdikcə genişləndiyini nəzərə alsaq, bu kafelər paytaxtımızın üz qarasıdır. Söhbət təkcə, yeməklərin keyfiyyətindən yox, həm də onun təqdimatından gedir. Turizm elə bir sahədir ki, orada hər bir ofisiant ölkənin mədəniyyətini təmsil edir. Lakin təəssüf ki, bu sahədə çalışan həmvətənlərimiz məsuliyyətini yetərincə dərk etmir.

"Xəbəraz.az " xəbər verir ki, musavat.com-un əməkdaşı da bu gün paytaxt kafelərindən birində xidmət mədəniyyətsizliyinin şahidi olub.

Nizami rayonunda yerləşən “Laçın qayası” kafesində ilk baxışdan hər şey qaydasında görünür. İçəri daxil olub, boş masalardan birində əyləşirəm. İçəridə ikisi oğlan, biri qız olmaqla üç ofisiant xidmət göstərir. Müştəri olaraq, onlardan birini səsləyib sifariş vermək istəyirəm. Və elə hər şey də bundan sonra başlayır.

Ofisiantlar gündəlik geyimdə insanlara xidmət göstərirlər. Əyinlərində nə bir önlük, nə bir papaq var. 3 ofisiantdan biri səsimizə hay verəndən sonra, nə yeyəcəyimizlə maraqlanır: “Nə lazımdır, qaqaş...?” Bir şiş kabab sifarişi aldıqdan sonra gedir. Daha sonra masaya xanım ofisiant yaxınlaşır. O isə salat olaraq nə istədiyimiz soruşur. Düşünürük ki, yeməkləri yəqin burnumuza gələn qoxuya görə seçməliyik. Çünki, heç bir menyu təqdim edilmədi. Menyu əvəzinə ofisiant xanım bir sini müxtəlif çeşidli salat gətirir: təzə pomidor-xiyar salatı, ketçap, turşu, göyərti və sair- hərəsi bir manata. Salatlardan birini seçəndə isə ofisiantın ironiyası ilə üzləşirik: “Elə bu? Menyu istəyəndə elə bildim ki, neçə cür yemək sifariş verəcəksiniz... ”
Aydın olur ki, bu kafedə müştəriyə sifarişin sanbalına görə hörmət qoyulur. Kafeyə daha “yağlı” müştəri daxil olan kimi, üç ofisiantın üçü də onun başına pərvanə olur, yerdə qalan müştərilərə isə sadəcə bunu izləmək düşür. Bir sözlə, ofisiantlar müştərini imkanına görə, bax beləcə “sındırırlar”.

Uzun müddət gözləyəndən sonra bir şiş kabab gəlib çıxır. Şiş 3 tikədən ibarətdir, tikələrdə isə ət gözə dəymir. İçi sümük, üstü piy...

“Xanım, içməyə nə var?” deyə səslənirəm... Cavab gözlədiyimdən də orjinal olur: “Vitrinə bax, qaqaş”.

Piştaxtaya sarı gedib, 1 stəkan su istəyirəm. Ofisiant stəkanla su satmadıqlarını, yalnız şüşələrdə olan sudan ala biləcəyimizi deyir. Xanım ofisiant mənə “qaqaş”,
Daha bir problem isə, kafelərdə müştərilərə, marketlərdə heç vaxt rast gəlmədiyimiz, mənşəyi bəlli olmayan limonatların təklif olunmasıdır. Gələn müştərilər məcbur qalıb, bu limonatları içməli olurlar. Bu kafedə satılan “Optimal”, “Golden Graal” sularının harada istehsal olunduğu da bəlli deyil. Burada ənənəvi, “Fanta”, “Sprite” kimi qazlı içkilər də yoxdur. Bir tək “Cola” var ki, onun da qiyməti 1 manat 50 qəpikdir”.

Ofisiantdan suların haradan gəldiyini soruşduqda bildirdi ki, bu sular təzə gəlib və yaxşı sulardır, mağazalarda olmasa da, onlara şirkət gətirir. İnandırmaq üçün bu suların ətrafdakı mağazalara da verildiyini dedi.

“Optimal” və “Golden Graal” şirələrinin kafeyə yaxın mağazalarda olub-olmamasını öyrənməyə çalışdıq. Limonatın və suların şəkilini çəkib, ətraf mağazalardakı satıcılara göstərdik. Satıcılar bu suların satışda olmadığını və ilk dəfə gördüklərini dedilər.
Adının çəkilməsini istəməyən satıcı bu cür suların gizli yolla mağazalara satıldığını bildirdi: “ Mən bildiyim qədər, bu sular Dağıstandan gizli şəkildə gətirilir və kafelərə, restoranlara topdan verilir. Bakıda belə hallara tez-tez rast gəlirik. Bir neçə yerdə bu cür sular istehsal olunur, ancaq həmin şirkətlər bunu gizli yolla həyata keçirirlər. Diqqət edirsinizsə, belə sulara mağazalarda rast gəlmək mümkün deyil. Üzərinə “sertifikatlaşdırılmışdır” sözü qeyd olunsa da, onlar risk edib, məhsullarını aşkarda sata bilmirlər. Burada isə sual yaranır. Niyə...? Yəqin ki, aidiyyatı qurumlar bununla məşğul olar”.

Beləliklə, kiçik bir reportajda bir kafenin timsalında sadə azərbaycanlı cibinə uyğun yemək yemək istəyəndə, nələri yaşamalı və görməli olur, onları göstərdik. Biz ölkəmizi, onun insanlarını və iaşə sektorunu mədəni, yüksək səviyyəli görmək istəyirik. Bunu əlaqədar təşkilatlar da istəyirmi?
Bakı kafelərində xidmət mədəniyyəti — “ Nə lazımdır, qaqaş...”? + FOTOLAR
Bakı kafelərində xidmət mədəniyyəti — “ Nə lazımdır, qaqaş...”? + FOTOLAR
Bakı kafelərində xidmət mədəniyyəti — “ Nə lazımdır, qaqaş...”? + FOTOLAR
Bakı kafelərində xidmət mədəniyyəti — “ Nə lazımdır, qaqaş...”? + FOTOLAR
Bakı kafelərində xidmət mədəniyyəti — “ Nə lazımdır, qaqaş...”? + FOTOLAR


Xəbəri paylaş

1 0028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___