Gəncədə ödəmə terminallarına qənim kəsilən dəstə tutuldu - FOTO + VİDEO
Tarix: 16-04-2016 | Saat: 20:30
Bölmə:Karusel / Hadisə / Sitat / Xəbəraz TV | çapa göndər
Kameraya düşməmək üçün dumanlı havada oğurluq ediblər.
"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, Gəncədə tutulan cinayətkar qrupun, ödəmə terminallarına nədən qənim kəsildiklərinin təfərrüatları məlum olub. Dırnaqarası qəhrəmanlar, bu yolla daha qısa müddətdə külli miqdarda qazanc əldə edə biləcəklərini düşünüblər.
23 - 25 yaşlarında olan Tural Ələşrəfov, Atil Hacıyev və Həsən Salmanov asan qazanc əldə etmək məqsədi ilə əlbir olaraq, şəhərin müxtəlif ərazilərində yerləşən ödəmə terminallarını qarət ediblər. Qrup ilk cinayətini 2015-ci ilin sentyabrda Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən terminalı qarət etməklə törədib. Lakin bu cəhdləri uğursuz alınıb.
Atil Hacıyevin başçısı olduğu dəstə 2016-cı ilin 15 fevralında gecə saatlarında şəhərin Atatürk prospektində yerləşən ödəmə terminalından pul götürə biliblər. Özləri ilə gətirdikləri dəmir alətlə aparatı sındıraraq içərisində olan 1065 manatı götürüblər.
Cinayətkar qrup eyni üsulla 2016-cı ilin mart ayında daha bir oğurluq hadisəsi törədiblər. Bu dəfə Gəncənin Nizami küçəsində yerləşən terminal sındırılaraq içərisində olan 217 manat götürülüb. Bu, cinayətkar dəstənin sonuncu əməli olub.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq qrupu tərəfindən saxlanılan şəxslərin bu və ya digər cinayətlərin iştirakçısı olub-olmadıqlarını araşdırır, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

24-09-2020, 09:45
Bakıya erməni böhtanı: Həmzə briqadası cavab verdi
17-05-2018, 10:15
13 yaşlı məktəbli özünü asıb-Şamaxıda
10-09-2016, 09:51
"Facebook"dan maraqlı yenilik - FOTO
7-06-2016, 17:49
Silah ticarəti: İlk onluqda qonşumuz da var
5-10-2015, 13:51
Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi
25-05-2017, 20:00
Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - YENİLƏNİB
2-09-2017, 11:44
Azərbaycanlı milyarder 700 milyon dollar itirdi
22-07-2022, 12:04
FHN-dən hava ilə əlaqədar XƏBƏRDARLIQ: Daşqın və sel keçəcək
17-01-2017, 11:49
Ələt Qafqazın Dubayı olacaq? - Zənginlik vəd edən məkan - FOTOLAR
5-08-2022, 16:37
Dünya əhalisinə xəbərdarlıq – Avqustun 11-dən 12-nə keçən gecə…