Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Məclisdən Qarabağ ermənilərinə müraciət – “Bizimlə eyni səngərə keçin və silahı Sərkisyana qarşı çevirin!”
Tarix: 15-04-2016 | Saat: 12:59
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Milli Məclisdən Qarabağ ermənilərinə müraciət – “Bizimlə eyni səngərə keçin və silahı Sərkisyana qarşı çevirin!”

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun rəhbərliyi ilə öz işinə başlayıb. Cari məsələlərlə bağlı çıxış edən deputat Siyavuş Novruzov son zamanlar Azərbaycanın diplomatik və hərbi sahədə əldə etdiyi uğurları gözü götürməyən qüvvələrin fəaliyyətindən bəhs etdi.

Deputat qeyd etdi ki, bəzi saytlarda ölkəmiz barədə, Milli Məclis barəsində xoşa gəlməyən yazılar gedir: “Dövlət Departamenti Azərbaycan haqqında xeyli xoş sözlər deyib, ancaq müəyyən dairələrin təhriki ilə səslənən qərəzli fikirlər yazılarda başlığa çıxarılır”.

S.Novruzovun sözlərinə görə, aprel döyüşlərinə, şəhidlərə münasibətdə xalq, Milli Məclis üzvləri hakimiyyətlə bir yerdə oldu. Deputat müvafiq qurumları bu kimi materiallar yayan mətbuat orqanları ilə məşğul olmağa çağırdı.

O.Əsədov dedi ki, uğurlarımıza kölgə salanların özləri kölgə altındadırlar: “Ermənistanda çıxan istənilən bir məqaləni burada başlığa çıxarıb birinci səhifədə verirlər. Amma ABŞ-da Azərbaycan haqqında çıxan müsbət məqalələrdən birini də həmin mətbuat orqanları işıqlandırmadı. Bu, özü münasibətin göstəricisidir”.

Deputat Zahid Oruc Qarabağdakı son toqquşmalardan danışdı: “Aprel savaşı sübut etdi ki, “danışıqların alternativi yoxdur” fikri heç də doğru deyil. Yetər ki, Ermənistan və Azərbaycan üz-üzə qalsın və biz qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edək”. Z.Oruc Rusiyanı 4 günlük müharibədə neytral davranmaqla 90-cı illərdən fərqli mövqe nümayiş etdirdi: “Bu gün ermənilər Rusiyaya qarşı etiraz edirlər. Bəlkə ruslar kömək edib biz İrəvanın 20 faziini ələ keçirtmişik? Yetər ki, Rusiya Ermənstanın elektrik enerjisini ikicə gün dayandırsın və biz ərazi bütövlüyümüzü təmin edək”. Deputat Qarabağ ermənilərinə müraciət etdi: “Azərbaycan Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik üçün təminat verir. Onlara sözümüz budur ki, bizimlə eyni səngərə keçin və silahı Sərkisyana qarşı çevirin!”
İclas davam edir.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___