7 ermənini məhv edən zabit: “Yenidən döyüşməyə hazıram”
Tarix: 15-04-2016 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan ordusunun zabiti Asif Rəsulov ermənilərə qarşı qəhrəmancasına vuruşub. O, Talış yüksəkliyini qoruyarkən aprelin 6-da ağır yaralanıb. Hazırda hospitalların birində müalicə alır.
Bu barədə "Report"a A.Rəsulovun yaxın qohumu Bəxtiyar Nuriyev məlumat verib. O bildirib ki, zabit həmin yüksəkliyi qorumaq üçün könüllü gedib: "Talış yüksəkliyi ermənilərdən alındıqdan sonra, ermənilər yenidən həmin mövqeni tutmaq üçün cəhd ediblər. Bu zaman döyüş başlayıb. Asifgil 4 nəfər olublar, onlardan 3-ü şəhid olub. Asif özü isə ağır yaralanıb, 2 snayper, 3 avtomat gülləsi dəyib, qəlpə yarası alıb. Onlar döyüşdə xeyli erməni əsgərini məhv ediblər. Təkcə Asif özü 7 ermənini zərərsizləşdirib. Zabitimizin sağ qalması, sadəcə, möcüzədir. Hazırda o, hospitalların birində müalicə alır, vəziyyəti yaxşıdır".
Asif Rəsulovun Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etdiyini deyən B.Nuriyev qeyd edib ki, o, buna görə mükafatlandırılıb, təşəkkürnamələr alıb: "O yenə də deyir ki, Qarabağda müharibə başlasa, gedər. Hazırda onun nədənsə narazılığı yoxdur, yüksək səviyyədə diqqət və qayğı göstərilir".
Qeyd edək ki, Asif Rəsulov 1977-ci ildə Ağstafada doğulub. Ailəlidir, 2 övladı var.
Xəbəri paylaş
5708 dəfə oxunub.
Digər xəbərlər

9-09-2016, 22:28
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
14-06-2020, 17:34
Bəhram Bağırzadənin vəziyyəti kritikdir - ağciyərin 90 faizi zədələnib - (YENİLƏNİB)
15-11-2018, 15:40
Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı
28-02-2020, 13:49
“Xaçapuri” və ”Simit” burda hazırlanıb - FOTOLAR
29-07-2015, 14:41
İŞİD-i hələ belə aldadan olmamışdı - 3 qız bunu bacardı
30-07-2017, 19:58
Nigar geyimi ilə Dima Bilanı təəccübləndirdi - VİDEO - FOTO
15-02-2016, 15:33
“AFFA-dan başqa “Kəpəz”ə baxan yoxdur”
2-10-2015, 14:43
Yeddi ölkədən Rusiya ilə bağlı bəyanat