Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pres edənlərə XƏBƏRDARLIQ: əlinizi başınızın altına qoymayın
Tarix: 14-04-2016 | Saat: 22:13
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər

Pres edənlərə XƏBƏRDARLIQ: əlinizi başınızın altına qoymayın
Hamı bilir ki, qarın əzələlərini yığmaq üçün ən uyğun idman hərəkəti pres etməkdir. Ancaq pres edərkən diqqətli olmaq vacibdir. Aile.lent.az pres etmək istəyənlər üçün bəzi məsləhətlər verir.

Səhv mövqedə və bucaqlarda pres edən zaman həm qarın bölgəsindəki əzələlər düzgün və təsirli şəkildə işləmir, həm də xüsusilə bel-boyun bölgəsində ağrılara səbəb olur.
Pres edərkən əvvəlcə bədən mövqeyi düzgün seçilməlidir. Yerə uzandıqda baş yerdə olmalı, qarın da içəri çəkilərək bel bölgəsi yerə yaxşıca yapışdırılmalıdır. Daha sonra işarə və orta barmağı gicgaha dirəyəcək şəkildə qoymalı və dirsəklər yanlara doğru açılmalıdır. Boynu önə doğru gətirmədən bədən ilə eyni mövqedə olacaq şəkildə bədən yuxarı doğru qaldırılmalıdır.


Pres zamanı edilən ən böyük səhvlərdən biri əlləri başın arxasında kilidləməkdir. Belə halda bədəni yuxarıya doğru qaldırmağa başladıqda əlimizlə boynumuzu çəkirik. Bu vəziyyət hərəkəti məhsuldar etmir, boynumuzun ağrımasına, həmçinin boyun bölgəsində narahatlıqlara səbəb olur. Bununla yanaşı, hərəkəti də səhv etməyimizə gətirib çıxarır. Bu formada nə qədər çox pres etsəniz də, doğru etmədiyiniz üçün təsirli olmur. Çünki boyundan çəkərək, əsl hədəf olan qarın əzələləri ilə bədəni yuxarı qaldırmaq yerinə, əllərinizdən kömək almış olacaqsınız.


Yerə uzandıqda başımız yerdə olmalıdır. Bel yaxşıca yerə yapışdırılmalıdır. Belində problem olanlar xüsusilə qarnın alt bölgəsini işlədərkən diqqət etməlidir. Çox məcbur etmədən, mümkün olduğu qədər beli qoruyaraq hərəkətlər edilməlidir. Çünki qarının alt bölgəsini işlədən hərəkətlər xüsusilə bel bölgəsini çox yükləyir. Yalnız bel bölgəsindən problem yaşayanlar deyil, hər kəs bütün qarın məşqlərindən daha çox səmərə almaq üçün bel bölgəsindəki əzələlərini da eyni şəkildə işlətməlidirlər.


Pres edə bilməyənlərin, ya da edərkən çətinlik çəkənlərin ən böyük problemi qarın və boyun əzələlərinin qüvvətsiz olması, bel və boyun bölgələrindəki problemlərdir. Bu cür insanlara bel və boyun əzələləri kifayət qədər möhkəmlənənə qədər kömək edilməlidir. Bu köməyi bir adamdan ala bilərsiniz, ya da ayaqlarınızı bir yerə sabitləşdirərək pres etməyinizi asanlaşdıra bilərsiniz. Belinizin altına dəsmal qoyun. Dəsmalı rulon formasında qatlayaraq, belin altına qoya bilərsiniz. Beləcə, hərəkətləri daha rahat edəcəksiniz. Ayaqlarınızdan tutan olarsa və ya ayaqlarınızı sabitləşdirərək edəcəyiniz pres hərəkətlərində daha az çətinlik çəkərsiniz, hərəkəti etməyiniz asanlaşacaq.


Xəbəri paylaş

8228 dəfə oxunub.

Digər xəbərlər
7-05-2022, 15:33 Sabah leysan yağacaq

bütün xəbərlər
____ Instagram ___