Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağız qoxusunun qarşısını alan 9 BİTKİ
Tarix: 14-04-2016 | Saat: 22:04
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Ağız qoxusunun qarşısını alan 9 BİTKİ
Bir çox insanların dərdi olan ağız qoxusu onların ictimai həyatına da zərbə vurur. Narahatlıq verən bu qoxuyla mübarizədə bir çox üsullar imdada çata bilər. İnsana və ətrafındakılara narahatlıq verən ağız qoxusu burun, ağız, tənəffüs yolu və mədədəki narahatlıqlar nəticəsində ortaya çıxa bilər. Bunlar da xroniki infeksiya və ya yerli problemlərlə bağlıdır. Məsələn, çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və sinus xəstəlikləri ağız qoxusuna yol açar. Bir çoxlarının düşündüyü kimi isə qəbizlik nəfəsin pis iy verməsinə səbəb deyil. Mütəxəssislərin bir çoxu ağzından pis qoxu gələnlərə antiseptik diş pastaları və qarqara təklif edirlər. Lakin bəzi bitkilərin müsbət təsirləri olduğu da sübut edilib. Aile.lent.az ağız qoxusunun qarşısını alan bəzi möcüzəvi bitkilər haqqında məlumat verir.


Adi yovşan: Bir fincan qaynar suya yarım çay qaşığı yovşan atın, soyuduqdan sonra süzərək səhərlər qarqara edin.


Zəncirotu: Tavada döyülərək toz halına gətirilən bir ovuc zəncirotu kökü bir litr suda qaynadılır. Daha sonra süzülüb gün ərzində fasilələrlə 3 fincanı keçməyərək içilə bilər.


Mayasıl otu: Bir litr suyun içinə incə doğranmış bir ovuc mayasıl otu qatılıb qaynadılır.
Sonra lazım olduqca qarqara edilir.


Ənginar: Bir litr suya doğranmış bir ovuc ənginar qatılıb qaynadılır. Süzülüb qarqara edilə bilər


Bağayarpağı: Bir litr suyun içinə incə doğranmış bir yemək qaşığı bağayarpağı, biyan kökü qatılıb qaynadılır. Sonra süzülərək gün ərzində fasilələrlə 3 fincanı keçməmək şərtilə içilir.


Turp: Bir litr suyun içinə bir yemək qaşığı rəndələnilmiş turp, portağal qabığı və bir ovuc sünbül qatılıb qaynadılır. Süzülərək qarqara edilir.


Badam-bal: Tavada döyülən badam bal ilə birlikdə qarışdırılıb, ac qarına bir çay qaşığı qədər yeyilərsə, ağızdan gələn pis qoxunun qarşısını alar.


Tarhana: Bir çay qaşığı tarhana ağız içində uzun müddət çeynənilir və udulur.


Kərəviz: Bir litr suya kərəviz yarpağı qoyulur və qaynadılır. Bir müddət qaldıqdan sonra süzülüb gün ərzində qarqara edilərək istifadə oluna bilər.
Ağız qoxusunun qarşısını alan 9 BİTKİ
Ağız qoxusunun qarşısını alan 9 BİTKİ
Ağız qoxusunun qarşısını alan 9 BİTKİ
Ağız qoxusunun qarşısını alan 9 BİTKİ


Xəbəri paylaş

1 4578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___