Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövşən Lənkəranskinin fantastik qazancı
Tarix: 14-04-2016 | Saat: 14:45
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Rövşən Lənkəranskinin fantastik qazancı
Uralda hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevlə əlaqəli olduğu deyilən azərbaycanlı biznesmenlərə qarşı daha bir əməliyyat keçirib.

Qeyd edək ki, polis Federal Tədqiqatlar Bürosunün əməkdaşları ilə bərabər yenidən qalmaqallı 4 saylı meyvə-tərəvəz bazasında əməliyyat keçirib. Daha əvvəl isə bu bazada keçirilən əməliyyatda azərbaycanlı biznesmen Mail Əliyev saxlanılmışdı.

Mail Əliyev külli miqdarda vəsaiti ölkə xaricinə çıxarmaqda ittiham edilirdi ki, həmin vəsaitin də "obşak"a yığılan pullar olduğu və xaricə yaşayan Rövşən Lənkəranskiyə ötürüldüyü ehtimal olunurdu. Növbəti basqında da bazanın ərazisindəki anbarlardan müxətlif sənədlər və əsl bank tapılıb. Elektron açarları olan bankda toplanan vəsaitin vergidən yayındırılan qazanc olduğu güman edilir.

"Xəbəraz.az " cəbhə.info-ya istinadən bildirir ki, bu vəsaitin Rövşən Lənkəranskiyə çatdığı deyilir. Rusiya mətbuatının iddiasına görə, həmin milyonlara yiyələnən Rövşən Lənkəranskinin Azərbaycandakı biznes strukturları ilə də əlaqəsi var. "Canıyev öz ölkəsində çox hörmətli şəxsdir və biznesmenlər arasında da böyük nüfuzundan istifadə edir", - "Prestupnaya Rossiya" yazır.

Polisin araşdırmalarına görə, meyvə bazasının ərazisində cinayətkar dəstə fəaliyyət göstərir. Həmin dəstə soyğun, oğurluq, quldurluq, gəlirlərin qanuniləşdirilməsi, çirkli pulların yuyulması kimi əməllərlə məşğul olur. Dəstənin Rövşən Lənkəranskinin nəzarətində olduğu və Mail Əliyev vasitəsilə ona nəzarətin həyata keçirildiyi iddia olunur.

Kassanın ümumi gəlirinin gündə 5 milyon rubl olduğu deyilir. Ancaq meyvə-tərəvəzin mövsümü zamanı bu rəqəm 30 milyon rubla qədər yüksəlir. Araşdırma zamanı bazada 10 milyon rubl dəyərində araq və viski də tapılıb.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___