İtkin düşən hərbçimizin ermənilərin əlində olduğu ehtimal edilir
Tarix: 14-04-2016 | Saat: 14:38
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
"Ölkə prezidentinin tapşırığına əsasən, vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib".
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının rəsmi saytınn məlumatına görə, bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib: "Eyni zamanda, daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğumuz bəyan edilib.
Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.
İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.
Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq, qarşı tərəfi də eyni addım atmağa dəvət edirik. Həmçinin, aidiyyəti beynəlxalq qurumları kiçik gizir S.Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına köməklik göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq".
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

19-04-2016, 11:15
ABŞ səfirliyi yaxınlığında partlayış: 24 ölü - YENİLƏNİB
11-07-2022, 12:23
Dindar arvadını evdə kişi ilə tutdu, qadının qardaşı isə... - Nərimanovda şok olay
9-02-2016, 15:29
Dollar bütün dünyada ucuzlaşmağa başladı
24-01-2017, 17:42
Suriya böhranı çözülür – Razılıq əldə olundu
11-07-2016, 15:37
Ramil Usubov polis rəisi ilə bağlı əmr imzaladı
29-06-2023, 10:23
“Qurban olan yerdə bayram necə ola bilər?” - Nura Suri Qurban bayramından gileyləndi
19-08-2019, 11:09
Azərbaycanda əhaliyə bu xidmət pulsuz olacaq
29-02-2016, 14:46
Toy gecəsi haqqında bilmədikləriniz