Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?
Tarix: 13-04-2016 | Saat: 11:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?

Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb. Musavat.com xəbər verir ki, bunu jurnalistin özü Facebook-da yazıb.

Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib: “Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca “işim” olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “ “Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz” sözləri idi”.

Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: “Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”.

Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
11-05-2018, 17:39 Leysan olacaq - SABAH

bütün xəbərlər
____ Instagram ___