Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda üç ayda baş vermiş yol qəzalarında 32 nəfər ölüb
Tarix: 11-04-2016 | Saat: 19:40
Bölmə:Karusel / M2 | çapa göndər

Bakıda üç ayda baş vermiş yol qəzalarında 32 nəfər ölüb

Yanvarın 1-dən aprelin 5-dək Bakı şəhərində 172 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, nəticədə 32 nəfər ölüb, 206 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövri ilə müqayisədə 54 hadisənin azalması nəticəsində ölüm faktının və xəsarət alanların sayı azalıb: “Bu da yol polisi əməkdaşlarının həyata keçirdikləri məqsədli tədbirlərin nəticəsidir. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50 faizi piyadaların avtomobillərlə vurulmasıdır. Təhlükəsizliyin təmin edilməsi üçün yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 262379 ədəd inzibati protokol tərtib edilib. Bunlardan 4450 sərxoş vəziyyətdə avtomobil idarə edən, 1679 protokol sürət həddinin aşılması, 1251 protokol sərnişin daşıma qaydalarının pozulması, 42 mindən çox protokol ötmə -manevir etmə qaydalarının pozulmasına görə yazılıb. Bu dövr ərzində 33738 piyada cərimələnib”.

Vaqif Əsədovun sözlərinə görə, Mərkəzi Məlumat Mərkəzi tərəfindən 164 min sürücü barəsində tədbir görülməsi üçün adiyyatı hərəkətlər edilib.


Xəbəri paylaş

5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___