“Mən çıxış yolu görmürəm, Qarabağda toqquşmalar davam edəcək...”
Tarix: 10-04-2016 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Qarabağda aprelin 2-dən 5-nə qədər davam edən, Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin bəzi istiqamətlərində irəliləməsi ilə nəticələnən 4 günlük müharibə nüfuzlu ekspert çevrələrində də təhlil olunur.
Virtualaz.org xəbər verir ki, rusiyalı politoloq, şərqşünas və islamşünas, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq bu cür toqquşmaların davam edəcəyini deyib.
Rusiya KİV-lərinə müsahibəsində ekspert deyib ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyinə dair müntəzəm olaraq verdiyi bəyanatlar boş sözdür. “Ermənistan heç nəyi tanıyan deyil. Bu cür toqquşmalar isə müntəzəm olaraq davam edəcək. Şəxsən mən bu münaqişədən çıxış yolu görmürəm”-Malaşenko deyib.
Ekspertin sözlərinə görə, Ermənistanın KTMT üzvü olması ona heç nə vermir. Çünki bu təşkilat formaldır, faktiki olaraq hərbi blok kimi işləmir. “Siz təsəvvür edə bilərsinizmi ki, məsələn, qazaxlar və qırğızlar Azərbaycanla döyüşəcək? Düzdür, təsəvvür edə bilməzsiniz. Onlar Ermənistanın tərəfində döyüşə gedən deyillər”-Malaşenko bildirib.
Virtualaz.org
Xəbəri paylaş
5568 dəfə oxunub.
Digər xəbərlər

7-06-2017, 11:01
Banklara iyunun 15-dək vaxt verildi
17-10-2015, 01:01
Fəzail Ağamalının yüksək səviyyəli görüşləri davam edir – FOTOLAR
12-03-2015, 11:12
4 Yasli Yusif Əliyevin yaşından çox biliyi herkesi heyrətə gətirdi
4-09-2016, 11:50
Arzu Əliyeva ailəsi ilə Kristal Zalda (FOTO)
15-05-2019, 16:14
Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək
24-02-2020, 13:21
Polis 35 nəfəri saxladı
23-12-2018, 15:32
Azərbaycana qış daxil oldu
18-01-2016, 22:57
Müsəlman qadınlar Britaniyadan deportasiya edilə bilərlər
6-12-2017, 16:13
Mehriban Əliyeva yeni musiqi binasının açılışında iştirak edib