Rus jurnalist erməniləri təhqir etdi: “Həyasızlıq...”
Tarix: 10-04-2016 | Saat: 15:19
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Bir çox rusiyalı jurnalist son günlər ermənilərin Rusiyanın Dağlıq Qarabağda baş verən məlum olaylarla bağlı mövqeyini ittiham etmələrinə təəccübləndiklərini yazırlar.
SİA xəbər verir ki, bu dəfə “EADaily” İnformasiya Agentliyinin baş direktoru İrina Fedina erməniləri ittiham edən qeydlərlə çıxış edib və onları həyasızlıqda günühlandırıb.
Sosial şəbəkədəki statusunda ermənilərin Rusiyanın onların yerinə Dağlıq Qarabağ məsələsini həll etməli olduğu barədə səsləndirdikləri fikirləri qəbul etmədiyini yazan Fedina vurğulayıb ki, onun şəxsən tanıdığı bir çox erməni dostu var. Eyni zamanda, Feysbukda da dostları var ki, onları yalnız sosial şəbəkə vasitəsilə tanıyıb.
“Son günlər baş verən hadisələr məni, yumşaq dillə desək, təəccübləndirib. Təəccüblənməmə səbəb isə səhifəmdə bir çox erməninin sərgilədiyi mövqe olub. Kifayət qədər anti-Rusiya, eləcə də şəxsi mövqelər. Rusiya cavab verməyə imkan vermədi, Rusiya silah satır, Rusiya ermənilərin hazırkı vəziyyətindən istifadə edir və s. Əlbəttə ki, mən bütün bunlardan şokdayam. Burada biznes qurmaq, Rusiya vətəndaşlığı almaq, Rusiyadan preferensiyalar (güzəştlər - red.) tələb etmək və bunun müqabilində Qərblə fəal oyunlar oynamaq – məncə, bu, lap ermənicədir.
Yəni belə bir mövqe var – bizim yerimizə müharibəni udun, Qarabağı bizə verin, Azərbaycanla əlaqələrinizi kəsin, investisiyalar yatırın, vətəndaşlıq almaq prosedurlarını daha da yüngülləşdirin və s. və i. Lakin bizimlə kiçik partnoyrlarınız kimi davranmayın, bizimlə bərabər miqyasda danışın, daxili siyasətimizə və işlərimizə qarışmayın”, - rus jurnalist qeyd edib.
Rusiyalı KİV rəhbəri daha sonra qeyd edir ki, ermənilər özlərini vətənpərvər kimi təqdim edirlər. Ancaq nəyə görə Rusiyanın ərazisində, Rusiya vətəndaşı olaraq və Rusiya KİV-lərində? Bəs hanı dərhal icra olunacaq səfərbərliklər, vətənə dönüş, referendum, öz hakimiyyətinə veriləcək suallar?
“Çox kədərlidir. Ona görə ki, ermənilərin anti-Rusiya maraqları artıqca, rusların da anti-erməni maraqları yaranır. Sadəcə bir sadə sualla: siz nəyə görə Putindən, ya da Lavrovdan narazısınız? Ancaq daxili konstitusiyanızın dəyişdirilməsinə səs verir və prezidentinizdən də razı qalırsınız?
İlk növbədə özünüzün hakimiyyətinizi tənqid etməkdən başlayın və çalışın ki, Rusiya ilə bərabər partnyor olasınız. Yoxsa kiçik partnyor kimi pul alaraq, sonradan bərabər hüquqlu olmaq tələbini etmək çox rahatdır sizin üçün”.
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər

14-11-2015, 14:33
Parisdəki terrorun baş vermə anı - VİDEO
18-05-2017, 21:30
Lənkəranskini kim satdı? - Kriminal dünyada yeni SAVAŞ BAŞLAYIR
20-02-2023, 10:59
Qadınlara xəbərdarlıq: Kişilərə bu sözləri deməyin!
17-03-2017, 12:26
"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi
4-07-2016, 10:42
Bakıda mağazada QƏTL - 22 yaşlı qız öldürüldü - YENİLƏNİB
20-08-2017, 22:35
Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
22-12-2022, 12:14
Kola, kofe narkotikdirmi?
5-10-2016, 00:58
DİQQƏT: Bakıda yeni dələduz peyda olub
20-07-2016, 15:19
Bakıda intihara cəhd edən qız xəstəxanada ölüb
22-03-2017, 14:32
Naməlum şəxsdən inanılmaz yaxşılıq - 4 milyon borcu ödədi