Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Röya: Gərək ərə getməyim, kimisə alım – VİDEO
Tarix: 18-04-2015 | Saat: 12:48
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Röya: Gərək ərə getməyim, kimisə alım – VİDEO
“Buna hansı kişi dözər?”.

Müğənni Röya ANS-də “Əslində mən” verilişinin qonağı olub.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, ifaçı aparıcı Ülviyyə Alovlunun “Sənə “oxuma” desələr, nə edərsən?” sualına belə cavab verib:

“Oğlumu da götürüb çıxıb gedərəm bu ölkədən. Çünki heç kimə inanmıram. Heç sevənlərimə də inanmıram. Mən bu sözbazların içində oturmaram, yoxsa dedi-qodular çoxalacaq. Ya gərək kimisə öldürüm qatil olum, ya da özümü öldürüm, oğlum tək qalsın.

Ən yaxşısı isə uşağımı götürüb çıxıb getməliyəm. Çünki burda ən yaxın dost adamın üstünə çıxar. Biz çox unutqan millətik. Sevənlərim məni də unudar. Məni müğənnilikdən əlavə, şəxsiyyət kimi sevənlər çoxdur. Heç olmasa 40-50 yaşıma kimi bacarım, oxuyum”.

Aparıcının ikinci evlilik barədə “Xarici vətəndaş olsa ailə quraram. Zarafat edirəm, heç bu haqda düşünməmişəm. Mən 25 yaşında da bir uşaqla qalsaydım, ərə getməzdim. Kişi kimi adamam, gərək ərə getmiyim, kimisə alım. Düşünürəm ki, artıq kimləsə bir evdə yaşaya bilmərəm, əsəblərim yerində deyil. Günə 7-8 sakitləşdirici atıram. Buna hansı kişi dözər?”, - deyə şərh bilıdirib.

Video KanalBaku-ya məxsusdur.
[media=https://youtu.be/VMfpuljfR0U]


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___