Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağ: Medvedev Rusiyanın hər iki tərəfə silah satmasını müdafiə edib
Tarix: 09-04-2016 | Saat: 20:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Qarabağ: Medvedev Rusiyanın hər iki tərəfə silah satmasını müdafiə edib

Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, Dağlıq Qarabağda son alovlanmaya baxmayaraq Moskva hər iki tərəfə silah satışını davam etdirəcək.

Ötən çərşənbə axşamı Moskvanın vasitəçiliyi ilə münaqişə bölgəsində hərbi əməliyyatlar dayandırılıb.

Reuters agentliyi bildirir ki, Dmitri Medvedev həm Ermənistan, həm də Azərbaycana səfər etməklə Moskvanın münaqişənin çözümündəki aparıcı rolunu nümayiş etdirib.

Bununla yanaşı, Rusiya istər Ermənistan, istərsə də Azərbaycanın əsas silah təchizatçısıdır.
Onun belə mövqeyi tez-tez həm Yerevan, həm də Bakı tərəfindən tənqid olunur.

Lakin Rusiya baş naziri şənbə günü Rusiya televiziyasının Vesti proqramına deyib ki, Moskva bu regiona silah satışını dayandırsa, onun yerini başqa silah istehsalçıları tutacaq.

“Onlar silahları başqa ölkələrdən almağa başlayacaqlar və bu silahların ölümcüllüyü heç də daha az olmayacaq” – deyib Medvedev.

Rusiya baş nazirinin fikrincə “başqa silah satan ölkələrin” regiona müdaxiləsi xoşagəlməz nəticələr verə bilər.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi itkilər var (BBC).


Xəbəri paylaş

5368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___