Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
9 yaşlı fransız qızı Manyak zorlayıb sonrada – FOTO
Tarix: 18-04-2015 | Saat: 12:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

9 yaşlı fransız qızı Manyak  zorlayıb sonrada – FOTO
Qız zarafat edərək ona su tapançasından “atəş açıb”.

Fransanın Kale liman şəhərinin polisi La-Manş sahilində azyaşlı məktəblinin amansız qətlini araşdırır.

Xeberaz.az xarici KİV-ə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, öz maşını ilə Böyük Britaniyaya gedən Polşa vətəndaşı qızı oğurlayıb, zorlayıb və qətlə yetirib. Bu cinayət ictimai rezonansa səbəb olub və 5 min insan Kalenin küçələrinə çıxıb.

Balaca Hloyanın qətlində 38 yaşlı polyak Zbiqnev Huminski şübhəli bilinir. O artıq uşağı qətlə yetirdiyini etiraf edib.

Cinayət çərşənbə günü baş verib. Həmin gün 9 yaşlı Hloyanın anası İzabel Hyart qızını qonşusuna tapşıraraq balet dərnəyinə gedən qızının rəqs paltarını evdən götürməyə gedib.

Saat 14:31-də Hloya məktəbin yaxınlığında uşaq meydançasında olub. Həmin meydançada onun son fotoşəkli çəkilib. Artıq saat 15:30-da İzabel qızının oğurlanmasından xəbər tutub.

Qadın məktəb ətrafındakı ərazidə qızını səsləyərək onu axtarıb. Zibil qutularının arxasında yerdə o, Hloyanın meyitini aşkar edib. İzabel heç nə edə bilməyib. Onun gözləri qarşısında cinayətkar qızı avtomobilinin yük yerinə qoyaraq aradan çıxıb.

KİV-in məlumatına əsasən, Hloya dostları ilə meydançada oynayıb. Bu zaman Zbiqnev Huminskinin Seat Toledo avtomobili meydançanın yaxınlığında saxlayıb. O, pivə içib, qız isə zarafat edərək ona su tapançasından “atəş açıb”.

Dindirmə zamanı saxlanılan şəxs deyib ki, o Hloyanı maşınına atıb və onu meşəlik ərazisinə aparıb. Həmin yer Hloyanın məktəbindən təqribən üç kilometr aralı məsafədə yerləşir.

Qızın boğulmuş, paltarsız bədəni seksual zorakılıq əlamətləri ilə onun itməsindən yarım saat sonra tapılıb. Polis yaxınlıqda şübhəli şəxsin Polşa nömrəli avtomobilini də aşkar edib.

İzabel Hyart Hloyanın kiçik qardaş və bacısına onun ölməsi barədə xəbəri necə verəcəyini bilmir. Uşaqların 4 və 5 yaşları var.

Keçirilmiş genetik ekspertizalar Huminskinin qızın zorlanmasında və qətlində günahını təsdiq edib. Həkimlər müəyyən edib ki, kişinin qanında alkoqolun miqdarı sürücü üçün yol verilən normadan yüksək olub.

Məlumdur ki, Polşanın subay vətəndaşı Zbiqnev Huminski Fransa ərazisində qanunsuz olub. Polis iki dəfə onu insanlara hücuma görə saxlayıb.










Xəbəri paylaş

8118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___