Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azay Quliyev Fransanın ölkəmizdəki səfiri ilə görüşdü
Tarix: 07-04-2016 | Saat: 17:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azay Quliyev Fransanın ölkəmizdəki səfiri ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Fransa Respublikasının ölkəmizdəki səfiri xanım Oreliya Buşez ilə görüş keçirilib.

Fransa ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan səfir xanım Oreliya Buşez ölkəmizdəki müxtəlif dövlət və ictimai qurumlarla əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə çalışdıqlarını deyib.

Şura sədri Azay Quliyev vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Şuranın həyata keçirdiyi proqram və layihələr haqqında səfirə ətraflı məlumat verib. Azay Quliyev Fransa ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.


Xəbəri paylaş

5298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___