Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlhamənin köməkçisi azadlığa çıxa bilər - Vəkili danışdı
Tarix: 06-04-2016 | Saat: 14:54
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

İlhamənin köməkçisi azadlığa çıxa bilər - Vəkili danışdı
Mərhum İlhamə Quliyevanın şikayəti əsasında həbs olunan köməkçisi Mehriban Hüseynova yaxın günlərə azadlığa çıxa bilər.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib.

Vəkil bildirib ki, İ.Quliyevanın ölüm səbəbi barədə ekspertizanın rəyinin açıqlanması Mehriban Hüseynovaya qarşı irəli sürülən ittihama təsir etmir:

“Mehriban Hüseynova İlhamə Quliyevanı zəhərləməkdə ittiham olunmayıb. O İlhamə Quliyevaya yuxugətirici dərmanlar verib əmlakını ələ keçirməkdə ittiham olunur. Bu da heç bir sübuta əsaslanmır, sadəcə bir nəfərin səs yazısına dayanaraq cinayət işi açıblar. İlhamə Quliyeva cinayət işi açılandan sonra açıqlama verərək Mehriban Hüseynovanın onu zəhərləmək istədiyini dedi. Bundan sonra ictimaiyyətlə yanlışlıqla Mehriban Hüseynovanın İlhaməni zəhərləməkdə ittiham olunduğunu sandı”.

Vasif Mirzəyev qeyd edib ki, aprel ayının sonunda Mehriba Hüseynova azadlığa buraxıla bilər:

“Prokurorluqdan bizə bildirdilər ki, Mehriban Hüseynovanın İlhamə Quliyevaya yuxugətirici dərmanlar verməsi və əmlakını ələ keçirməsi ittihamı ilə bağlı bəzi qurumlara sorğu veriblər. Həmin sorğulara cavab verildikdən sonra iş məhkəməyə veriləcək. İstintaq orqanı ittihamı sübut etmək üçün İlhamə Quliyevanın nəcisindən və ya qanından nümunə götürüb analiz etməli idi. Onun bədənində həmin dərmanların tərkibindən olub-olmadığı aşkar olunmalı idi. Lakin ortada heç bir sünut yoxdur. Güman ki, bu ayın sonuna istintaq tamamlanacaq və iş məhkəməyə veriləcək. O zaman məhkəmədə Mehriban Hüsyenovaya bəraət veriləcək”.

Qeyd edək ki, Mehriban Hüseynova köməkçisi işlədiyi İlhamə Quliyevanın şikayəti əsasında həbs edilib.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___