Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toyota və Microsoft "ağıllı avtomobil" yaradacaq
Tarix: 06-04-2016 | Saat: 13:25
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Toyota və Microsoft "ağıllı avtomobil" yaradacaq

Yaponiyanın "Toyota Motor Corp." və ABŞ-ın "Microsoft Corp." korporasiyaları öz biliyini artırma qabiliyyətində olan "ağıllı avtomobil"in yaradılmasına dair razılıq əldə ediblər.

Trend Yaponiyanın "Nikkei" qazetinə istinadən xəbər verir ki, tərəflər birgə şirkət yaradacaqlar.

Qəzet yazır ki, yeni şirkət "Microsoft" texnologiyaları əsasında "Toyota" avtomobillərindən əldə edilmiş "böyük həcmli məlumatların emalı ilə" məşğul olacaq.

Məqsədlərdən biri daha müasir pilotsuz robot-maşınların yaradılması, onların məlumat bazalarının və naviqasiya sistemlərinin aktiv yenilənmə mexanizmlərinin icad edilməsidir.

Alimlər sahiblərinin vərdiş və tələbatlarını yadda saxlamaq iqtidarında olan avtomobilləri yaratmaq fikrindədirlər.

Məsələn, yeni nəsil avtomobillər sahibinin ən çox xoşladıqları marşrutları yadda saxlayaraq, sürücüdən icazə alaraq park etmə yerlərini öncədən sifariş edə biləcəklər. Bundan başqa, avtomobillər sükanda yerləşdirilmiş xüsusi cihazlar vasitəsi ilə sürücünün səhhətinin vəziyyətini (o cümlədən, nəbzini) izləmək iqtidarında olacaqlar.


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___