Faiq Ağayev həmkarlarını tənqid etdi: Yalan çıxışlar etməyin – VİDEO
Tarix: 05-04-2016 | Saat: 10:52
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya | çapa göndər
“Yəqin cavandırlar, anlamırlar”.
Xalq artisti Faiq Ağayev ATV-də yayımlanan “Bizimləsən” verilişində neçə gündür ki, cəbhə bölgəsində davam edən döyüşlərdən bəhs edib.
Şəhid ailələrinə başsağlığı verən müğənni sülh çağırışı edən bəzi həmkarlarını sərt tənqid edib:
“Mən bəzi insanlara müraciət etmək istəyirəm: Dırnaqarası sülh çağırışları edəndə canlarını itirmiş şəhidləri düşünün. Sülh barədə o vaxt danışarıq ki, Azərbaycan torpaqları qayıtsın, ərazi bütövlüyü təmin olunsun, daha sonra Azərbaycan vətəndaşı olan digər millətlərin nümayəndələri ilə söhbət edərik ki, sabahkı həyatımız necə olacaq.
Təbii ki, hər bir müharibənin sonu sülhdür. Təbii ki, bir torpaqda yaşamaq məcburiyyətində olacağıq. Amma bunu indidən etməyi vətənini, torpağını satmaq kimi qiymətləndirirəm. Yalançı “pasifist” çıxışlar etməyin. Əfsus ki, bəzi həmkarlarım arasında da belə çıxış edənlər var.
Yəqin cavandırlar, anlamırlar, 90-cı illərdən sonra anadan olublar, o dəhşətləri görməyiblər. Heç bir hadisədən xəbərləri yoxdur, dünyaya guya tolerantlıq, sülhpərvərlik nümayiş etdirirlər”.
Xatırladaq ki, müğənni Eldar Qasımov açıqlamasında tərəfləri silahı yerə qoymağa çağırmışdı.
“Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyi çağırıram”,-deyə müğənni bildirmişdi.
Xəbəri paylaş
7148 dəfə oxunub.
Digər xəbərlər

5-12-2016, 21:03
Natavan Aygünün onun toyuna gəlməsi haqda: "Qapım açıqdır"
7-02-2016, 13:37
İlham Əliyev- “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəlir"
6-03-2016, 15:40
“Azərbaycanda kazinolar çirkli pulların yuyulmasına xidmət edəcək”
2-04-2021, 20:27
Putin Lukaşenko ilə danışdı
18-07-2020, 13:59
Tanınmış müğənninin ailəsində AĞIR İTKİ
23-09-2016, 15:15
Bank Bərdə sakinin evini əlindən aldı-Prezidentə Müraciət
25-10-2015, 14:00
Bakıda polisin vurduğu gənc xəstəxanada keçindi
3-04-2017, 14:10
Bu reklam çarxı Türkiyəni bir-birinə qatıb - Video
24-07-2023, 11:16
Cavanşir Məmmədovun keçmiş kürəkəni məhkəmə zalında həbs olundu - FOTO