Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zabit Səmədov Global Fighting Championship 3" turnirinin qalibi
Tarix: 18-04-2015 | Saat: 01:27
Bölmə:Karusel / İdman / Fotogalereya | çapa göndər

Zabit Səmədov Global Fighting Championship 3" turnirinin qalibi
Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirinin qalibi olub.


Xeberaz.az report-a istinadən xəbər verir ki, 31 yaşlı idmançı mübarizəyə yarımfinal mərhələsindən başlayıb.

O, şotlandiyalı ulduz Stiv Makkinnonu yenib. Digər yarımfinal qarşılaşmasında Konqo-Almaniya əsilli Danyo İlunqa iranlı Cəfər Əhmədidən üstün olub. Nəticədə finalda Səmədov İlunqa ilə ü-üzə gəlib. Görüş başlayan kimi Azərbaycan təmsilçisi ardıcıl 2 dəfə ayaq zərbələri ilə rəqibini yerə sərib. Növbəti raundlarda döyüşü əks-hücumlar üzərində quran Səmədov kəsərli zərbələrlə 4-cü raundda qələbəyə nail olub. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Mükafatlandırma mərasimində söz alan Səmədov: "Yaşasın Azərbaycan! Çox sağ olun ki, gəldiniz, bizi dəstəklədiniz. Həmyerlilərimə xüsusi minnətdarlığımı bildirirəm" deyib.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___