Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvanda türkü döyüb 60 min manatını apardılar – FOTO + YENİLƏNİB
Tarix: 04-04-2016 | Saat: 14:03
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şirvanda türkü döyüb 60 min manatını apardılar – FOTO + YENİLƏNİB
DİN məlumat yaydı.

Şirvanda Türkiyə vətəndaşının içərisində külli miqdarda pul olan avtomobili qaçırılıb.

"Xəbəraz.az "-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də Şirvan şəhərində Türkiyə vətəndaşı, “Galaxy” şirkətinin müdiri Akkurt Sadrettin “Toyota” markalı avtomobili idarə edərkən velosiped sürən naməlum şəxs yıxıldığından köməklik məqsədi ilə ona yaxınlaşarkən başından vurulub və zərbədən huşunu itirib.

Həmin vaxt salonunda 60000 manat olan avtomobili qaçırılıb. A.Sadrettin xəstəxanaya yerləşdirilib.

Avtomobil həmin gün Şirvan şəhəri ərazisində tapılıb və pulun aparıldığı müəyyənləşib.

Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

09:53

Şirvanda Türkiyə vətəndaşı olan iş adamını yaralayaraq 70 min manat pulunu aparıblar.

"Xəbəraz.az " xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə saat 23.30 radələrində baş verib.

“Galaksi” şirkətinin rəhbəri, Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Sedrettin Akkurt idarə etdiyi “Toyota” markalı 90 UJ 559 dövlət nömrə nişanlı avtomobili idarə edərkən quldur basqınına məruz qalıb.

Qarşısında velosipedçinin yıxıldığını görən S.Akkurt avtomobili saxlayaraq ona kömək etmək istəyib. Bu zaman arxadan onun başına küt alətlə bir neçə dəfə zərbə endirilib və o, huşunu itirərək yerə yıxılıb. Bundan sonra ona hücum edən şəxs və ya şəxslər avtomobili qaçırıblar. Bir müddət sonra avtomobil Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yolun kənarında qəzaya uğramış vəziyyətdə tapılıb. Avtomobildə olan 70 min manat pul da yoxa çıxıb.

Sedrettin Akkurt ağır vəziyyətdə Şirvan xəstəxanasına gətirilib. Travmatologiya şöbəsinə kəllə-beyin travması diaqnozu ilə yerləşdirilən iş adamının başına çoxsaylı tikişlər qoyulub.

Hazırda Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədənlərin tutulması istiqamətində əməliyyata-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.


Xəbəri paylaş

8258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___